ANS-i DYP-nin texniki baxış məntəqəsindən belə qovdular - VİDEO

ANS telekanalının əməkdaşı Baş Dövlət Yol Polisi İdarəsinin Maştağa qəsəbəsində yerləşən Avtomobillərin texniki müayinə məntəqəsindən qovublar. Avtosfer.az ANS TV-nin bununla bağlı şazırladığı sujeti və mətni olduğu kimi təqdim edir…
Avtomibillərin texniki baxışı üçün nəzərdə tutulan müddət bu gün başa çatır. «Yol hərəkəti haqqında” qanuna cari ilin fevral ayında edilən dəyişikliklərə əsasən ölkədə qeydiyyatda olan mexaniki nəqliyyat vasitələri istehsal olunduqları vaxtdan dörd il keçdikdə iki ildə bir dəfə, on il keçdikdə isə ildə bir dəfə texniki baxışa cəlb olunurlar. Əvvəllər avtomobillər üçün son tarix oktyabrın sonu idi. Bu il müddət 3 ay irəli çəkiilib. Dəyişikliklə bağlı məlumat verilsə də buna biganə yanaşan sürücülər az olmayıb. Avtomobillərini texniki baxışdan keçirməyi sonuncu günə saxlayan sürücülərin sayı isə kifayət qədər çoxdur. Elə bu səbəbdəndir ki, Maştağa yolunda uzunmüddətli tıxaclar yaranıb. Müayinə Mərkəzinə bir neçə kilometr qalmış başlayan sıxlıq yollarda bitmirdi. Müayinə Mərkəzində də sıxlıq var idi. Texniki baxışın necə həyata keçirildiyindən xəbərsiz qalsaq da sürücülərın narazı qaldıqları məqamları özlərindən eşitdik.“Hər bir rayona iki gün vaxt verərdirlər. Keçə bilməyən də gəlib cəriməsini ödəyərdi”, – deyə sürücü qeyd edib. Digər bir sürücü isə deyir ki, vaxt çox az veriblər: “Biz öyrəşmişik həmişə oktyabrda keçək. Birdən öyrənirik ki, bu gün sonuncu gündür”.
Son anda alınan məlumata görə, avtonəqliyyat vasitələrini texniki baxışdan keçirə bilməyən sürücülərə verilən vaxt bir neçə gün də uzadıldı. Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev bildirdi ki, 2-3 gün ərzində yol polisi sürücüləri cərimələməyəcək. Kamran Əliyev deyir ki, DYPİ-nin rəhbərliyi tərəfindən məntəqələrə müvafiq göstəriş verilib ki, bu günlərdə texniki baxışa avtomobillərini çatdıra bilməyən sürücülərin də texniki baxışı davam etdirilir: “Texniki baxışdan keçməyən fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər isə 300 AZN miqdarında cərimə olunacaqlar”.
Avtonəqliyyat vasitələrinə texniki baxış nəqliyyat vasitəsinin qeydiyyat yerindən asılı olmayaraq sahibinin istəyinə uyğun - Baş Dövlət Yol Polisi İdarəsinin Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən Texniki Müayinə Mərkəzində və ya respublikanın digər rayonlarındakı regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində həftənin bütün günləri fasiləsiz olaraq keçirilir.
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO










