AQTA-dan sahibkarlara xəbərdarlıq

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Nazirlər Kabinetinin 2024-cü il 13 mart tarixli 155 nömrəli Qərarı qüvvəyə mindiyi gündən etibarən ölkə ərazisində yem üçün istifadəsi nəzərdə tutulan genetik modifikasiya olunmuş orqanizmlərin, habelə yalnız genetik modifikasiya olunmuş orqanizmlərdən ibarət olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan və ya tərkibində genetik modifikasiya olunmuş orqanizmlərdən əldə edilmiş məhsul olan yem məhsullarının və yem əlavələrinin qeydiyyatı prosesi həyata keçirilir.
Bu barədə Avtosfer.az-a AQTA-dan daxil olan məlumatda deyilir.
Bildirilib ki, “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq aparılan prosesdə məqsəd ölkə ərazisində dövriyyəyə buraxılmadan əvvəl həmin məhsulların həyat və sağlamlığa təsirinin qiymətləndirilməsi, eləcə də təhlükəsizliyinin və minimum keyfiyyətinin, etiketlənmə və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla müəyyənləşdirilmiş digər tələblərə uyğunluğunun müəyyən edilməsidir:
"Agentlik bu cür yem məhsullarının idxalını həyata keçirmək istəyən sahibkarlara xəbərdarlıq edir ki, ölkəmizdə qeydiyyatı tələb olunan, lakin qeydiyyata alınmamış məhsulların dövriyyəsi qadağandır. Qanunvericiliyin tələblərinə uyğun olmayan yem məhsulları və yem əlavələrinin ölkəmizə idxalına Agentlik tərəfindən icazə verilməyəcək. Tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan yem məhsullarının, həmçinin yem əlavələrinin idxalını həyata keçirmək istəyən sahibkarlar qeydiyyat üçün Agentliyə ərizə və qərarda nəzərdə tutulan müvafiq sənədlərlə müraciət etməlidirlər".
AQTA bu sahədə fəaliyyət göstərən sahibkarların nəzərinə çatdırıb ki, qeydiyyata alınan həmin yem məhsulları və yem əlavələri Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunan zaman məhsullar üzərində dövlət nəzarəti, sənəd nəzarəti, eynilik və fiziki nəzarəti həyata keçirilir. İdxal olunmuş yem məhsulu qida təhlükəsizliyi sahəsində tələblərə cavab verdikdə, AQTA tərəfindən idxal sağlamlıq aktı tərtib edilir ki, bu da idxalatçıya məhsul üzərində sərəncam vermək hüququ yaradır:
"Aparılan nəzarət tədbirləri nəticəsində həmin yem məhsulları qanuna uyğun olaraq müəyyən edilmiş tələblərə cavab vermədikdə və təhlükəli hesab edildikdə, Agentlik tərəfindən həmin yem məhsulunun utilizasiyası, Azərbaycan Respublikasının gömrük ərazisinin hüdudlarından kənara çıxarılması və ya məhv edilməsi haqqında qərar qəbul edilir".
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












