“Araz” market bakteriyalı dondurmaları endirimlə satışa çıxardı – FOTO

“Araz” supermarketlərində tərkibində bakteriya aşkarlanan dondurmalar endirimlə satışa çıxarılıb. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Avtosfer.az xəbər verir ki, istifadəçilər marketin bu addımından narazılıq edərək, satılan dondurmaların keyfiyyətinə nəzarət olunmadığını bildiriblər.


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) isə Bakupost.az-a bildirildi ki, burada konkret müvafiq istehsal tarixli məhsul partiyalarından söhbət gedir:
“Hazırda həmin məhsulların geri çağırılması prosesi davam edir. Yaxın günlərdə geri çağırılan, istehlaka yararsız məhsullarla bağlı statistik məlumatlar paylaşılacaq.
Vətəndaşlardan ticarət şəbəkələrində bu partiyaya məxsus məhsullarla rastlaşdıqda, Agentliyin “1003-Çağrı Mərkəzi”nə məlumat vermələri xahiş olunur.
Qeyd edək ki, Agentlik tərəfindən aparılan monitorinqlər çərçivəsində Bakı şəhəri daxil olmaqla, respublikanın bütün regionlarında ticarət şəbəkələrində satışda olan dondurmaların keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğunluğunun müəyyən edilməsi məqsədilə ölkə ərazisində fəaliyyət göstərən dondurma emalı müəssisələri tərəfindən istehsal olunmuş məhsullardan nümunələr götürülərək müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib.
Belə ki, cari dövr ərzində ümumilikdə 26 istehsalçıya məxsus 69 dondurmadan nümunə götürülüb. Sınaq nəticələrinə əsasən, 4 istehsalçıya məxsus 10 məhsulda insan sağlamlığı üçün təhlükəli hesab edilən bakteriya (Enterobacteriaceae) aşkarlanıb.


43 dondurma nümunəsində isə hər hansı uyğunsuzluq aşkar edilməyib. Digər nümunələrin laborator müayinələri davam etdirilir.
Onu da qeyd edək ki, sınaq nəticələri qənaətbəxş olmayan istehsalçı müəssisələrdə plandankənar yoxlamalar keçiriləcək.
Liderlər və birinci xanımlar birgə foto çəkdiriblər - VİDEO
Şavkat Mirziyoyev "Heydər Əliyev" ordeni ilə təltif edilib - SƏRƏNCAM
Daşkənddə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO
Şavkat Mirziyoyev Prezident İlham Əliyevin Özbəkistana səfəri ilə bağlı paylaşım edib - VİDEO
Hikmət Hacıyev: “İki dilin kombinasiyasında danışmağa çalışırıq” - VİDEO
İlham Əliyev və Mehriban Əliyeva Daşkənddə Heydər Əliyevin memorialını ziyarət ediblər - YENİLƏNİB
Hikmət Hacıyevə Özbəkistan səfərində özəl hədiyyə - FOTO
İlham Əliyev Özbəkistanda dövlət səfərindədir - VİDEO
Prezident İlham Əliyevin səfəri Özbəkistan mediasının diqqət mərkəzində - VİDEO
Daşkənddə İlham Əliyevin dövlət səfəri ilə bağlı qarşılanma bannerləri yerləşdirilib - VİDEO
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB










