Artıq günün bütün vaxtları "pik saat"dır - Niyə taksi tapa bilmirik?

Son günlər sərnişinlər taksi xidmətlərindən istifadədə çətinlik yaşayır. Günün istənilən saatında taksi xidmətindən istifadə mümkünsüz hala gəlib. Bəzi sürücülər bunu taksi sürüclərinin imtahanı ilə əlaqələndirir. Bildirirlər ki, sürücülürin çox hissəsi imtahandan kəsildiyi üçün taksilərin sayı azalıb.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Trend-in sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən bildirilib ki, indiyə qədər imtahanlarda 5256 iştirak sayı (kəsilənlər yenə imtahan verir deyə iştirakçı yox, iştirak sayı) qeydə alınıb.
Bildirilib ki, onlardan cəmi 528 nəfər uğursuz nəticə əldə edib.
"Bolt” taksi şirkətindən bildirilib ki, mövcud qanunvericiliyə əsasən, sərnişindaşıma xidmətlərində istismar müddəti 15 ildən çox olan avtomobillərin istifadəsi qadağandır.
"Bu səbəbdən köhnə avtomobillər mərhələli şəkildə sistemdən çıxarılır. Bunun nəticəsində, tələbat yüksək olaraq qalmaqda davam etsə də, təklifin azalması gününı pik saatlarında gözləmə müddətlərinin artmasına səbəb ola bilər", – deyə əlavə edilib.
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA
Rayon yollarında təhlükə yaradan 3 əsas amil hansılardır? – MÜTƏXƏSSİS
Bu yollarda tıxac var - SİYAHI
Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit imkanlarını necə dəyişəcək? – AÇIQLAMA
Ölkənin nəqliyyat sistemi növbəti yağışlara necə hazırlaşmalıdır? - AÇIQLAMA
Gürcüstanda avtomobil rüsumları artırılır: Azərbaycan bazarına təsiri necə olacaq? - AÇIQLAMA
Təcili yardımın arxası ilə gedən sürücülərə DİN-dən XƏBƏRDARLIQ - VİDEO












