Arzum ev dustaqlığına BURAXILDI - YENİLƏNİB

Məhkəmə həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz etdi. Arzum məhkəmə zalından azad edildi.
***10:46
20 gün əvvəl həbs edilən tiktoker İlduzə Hacıyevanın (Arzum) apellyasiya şikayəti üzrə məhkəmə başlayır.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Arzum indilərdə kanvoyun müşayəti ilə Bakı İstintaq Təcridxanasından məhkəməyə gətirilib.
Tiktokerin yaxınları təyin olunan vaxtdan 1 saat əvvəl Bakı Apellyasiya Məhkəməsinin qarşısına toplanıblar.
Arzumun hökmü iyulun 2-də Xəzər Rayon Məhkəməsi tərəfindən çıxarılmışdı. O, ölümlə nəticələnən yol qəzası törətməkdə və hadisə yerini tərk etməkdə təqsirli bilinərək 5 il 2 ay azadlıqdan məhrum edilib. Lakin müttəhim qəzanın baş verməsinə görə özünü qətiyyən təqsirli saymır, günahsız olduğunu bildirir.
Onun vəkilləri də bu əsasla apellyasiya şikayəti veriblər. Şikayətdə Arzumun bir nəfərin ölümü, digərinin xəsarət alması ilə nəticələnən qəzaya səbəbkar olmadığı, buna baxmayaraq birinci instansiya məhkəməsinin ittihamedici hökm çıxardığı qeyd olunub.

Müdafiə tərəfinin hansı əlavə dəlil və sübutlarla çıxış edəcəyi hələlik bilinməsə də, tələbləri bəraət qərarı verilməsidir. Bu dəqiqəyə olan məlumata görə, hökmdən prokuror tərəfindən protest, zərərçəkmiş tərəfdən isə şikayət daxil olmayıb. Arzumun şikayətinə hakim Elnur Nuriyevin sədrliyi ilə baxılacaq. Birinci iclas saat 10:45-də başlamalıdır.
Qeyd edək ki, Arzumun təqsirli bilindiyi yol qəzası ötən ilin iyununda baş verib. Qəza nəticəsində 29 yaşlı Amal Məlikov ölüb, onun həyat yoldaşı Sənubər Muradova isə ağır xəsarət alıb. Amalın hüquqi varisi və həyat yoldaşı Arzumla barışmayıb, onun qanunauyğun cəzalandırılmasını tələb ediblər. Arzumun məhkəmə zalında həbs edilməsi cəmiyyətdə geniş rezonans doğurub. Sosial şəbəkələrdə yayılan qəza görüntüləri ətrafında hüquqşünaslar, nəqliyyat üzrə ekspertlər və müxtəlif sahələrin nümayəndələri arasında müzakirələr aparılıb. Bir çoxları qəza anının görüntülərini analiz edərək Arzumun hadisədə təqsirli olub-olmaması ilə bağlı fərqli mövqelərdən çıxış ediblər.
Arzum bu şərtlərlə azadlığa çıxdı - Sosial şəbəkə qadağan edildi
Bu ölkədə 18 yaşdan kiçiklərə elektrikli skuter qadağan EDİLDİ
Azərbaycanda müraciət sistemi daha da təkmilləşdirilə bilər – TƏKLİF
Bu prospektdə tıxac var - SİYAHI
Azərbaycan Avropaya hansı halda qaz ixracını artıracaq? - Prezident şərtləri açıqladı
“Porsche” sürən kirayədə qalır? İnanan daşa dönsün!” - FOTOLAR
Sumqayıtda nasaz avtobus sərnişinləri yolda qoydu – VİDEO
Bakıda bu küçənin bir hissəsi təmirə bağlanır - Sürücülərin nəzərinə!
Sumqayıtın 16 il ərzində dəyişən küçələri – Səki zəbti, artırılan teraslar, pozulan qaydalar - FOTO
Bakıda keçirilən gizli görüşlə bağlı Prezidentdən açıqlama - DSX-dən məlumat istənildi
Azərbaycanın beynəlxalq yükdaşıma sahəsində gəlirləri 3-5 dəfə arta bilər - İQTİSADÇI










