Astara-Rəşt dəmir yolunun tamamlanması barədə razılıq əldə olunub

Rusiya, Azərbaycan və İranın birgə həyata keçirdiyi “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi çərçivəsində bir sıra işlər görüləcək.
Bunu TASS-a müsahibəsində Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.
“Dəmir yolunun tutumu artırılacaq, nəqliyyat və logistika marşrutları genişləndiriləcək ki, bu da cənub tərəfdaşlarımızla qarşılıqlı fəaliyyətə təsir göstərəcək”, – o vurğulayıb.
A.Novak bildirib ki, layihə çərçivəsində iranlı tərəfdaşlarla bu ölkənin Astara və Rəşt şəhərləri arasında uzunluğu 162 km olan dəmir yolunun çatışmayan hissəsinin tamamlanması barədə razılıq əldə olunub:
“Bu, Baltikdən Fars körfəzinə qədər vahid nəqliyyat dəhlizini maneəsiz birləşdirəcək qlobal layihədir”.
Xatırladaq ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması haqqında saziş Rusiya, İran və Hindistan hökumətləri arasında 12 sentyabr 2000-ci il tarixində imzalanıb. Azərbaycan bu sazişə 20 sentyabr 2005-ci il tarixli Qanun əsasında qoşulub. (“Report” )
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB
İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB










