Ata ilə azyaşlı qızını avtomobil vurdu - VİDEO

Bakının Xətai rayonu ərazisində iki piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. ANS-in məlumatına görə, Nobel prospektində qeydə alınmış yol qəzası, ata ilə azyaşlı qızının yolu keçmək istəməsi zamanı qeydə alınıb. Müəyyən edilib ki, “Mercedes” markalı avtomobil şəhərin mərkəzindən Zığ yolu şossesi istiqamətində hərəkətdə olarkən paytaxt sakini Qismət Hacıyevi və onun azyaşlı qızını vurub.
Avtomobilin sürücüsü vəziyyəti nisbətən ağır olan azyaşlını götürərək xəstəxanaya aparıb. Ata Qismət Hacıyevə isə əraziyə cəlb olunmuş təcili tibbi yardım briqadası tərəfindən yardım göstərilib.
Hadisəyə səbəb kimi yüksək sürət göstərilsə də, həmin ərazidə piyada keçidinin olmaması da diqqətə çatdırılıb. Bu, əslində ətraf sakinləri də narahat edən məsələlərdən idi. Yol qəzasının təfərrüatlarını isə Xətai RPİ-nin istintaqçıları araşdırır. Artıq sürücü saxlanılaraq ifadəsi alınıb.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












