“Atam görmədi, amma uğurumu ona həsr edirəm” - ATU-ya qəbul olan ŞƏHİD ÖVLADI

Tələbə adını qazananlar sırasında Şəhid Sübhi Mürsəliyevin qızı, Aişə Mürsəliyeva da yer alıb. O, Azərbaycan Tibb Universitetinə (ATU) qəbul olub.
Avtosfer.az xəbər verir ki, azedu.az bu münasibətlə tələbə ilə əlaqə saxlayaraq təəssüratlarını öyrənib.
Aişə Mürsəliyeva İsmayıllı şəhər 5 saylı tam orta məktəbin məzunum olub:

“560,9 bal toplayaraq Azərbaycan Tibb Universitetinin (ATU) Tibb bacısı ixtisasına qəbul olmuşam. Nəticələrin açıqlanmasını öyrənəndə çox həyəcanlanmışdım. Üstümə sanki ağırlıq çökmüşdü, eyni zamanda istədiyim universitetə qəbul olmaram deyə qorxurdum.
ATU-ya qəbul olduğumu öyrənəndə çox sevindim. Ailəmlə bu şad xəbəri paylaşanda onlar da çox xoşbəxt oldular. Qəbul xəbərini alanda ilk ağlıma anam gəldi. Bu yolda ən çox dəstəyi məhz anamdan alırdım. Bundan başqa, Tibb universitetinə qəbul olmaq uşaqlıq arzum olub.
Həmçinin, yüksək yerlərdə təhsil almağımı atam da çox istəyirdi. Atamın istədiyini yerinə yetirmək üçün əlimdən gələni edirdim. Bu uğurumu bir növ atama həsr etdiyimi deyə bilərəm. Gələcəkdə təhsilimi başa vurduqdan sonra əvvəlcə bir neçə il burada, daha sonra isə xaricdə oxuyub işləməyi planlaşdırıram.
Düşünürdüm ki, əgər torpaqlarımızın uğrunda döyüşərək şəhid olmuş insanlar cəsarət göstəribsə, mənim də ali məktəbə qəbul olmaq üçün cəsarətim və oxumaq həvəsim olmalıdır. Bunu özümə borc bilirdim.
Ailədə üç övladıq. Məndən böyük qardaşım hazırda Azərbaycan Texniki Universitetinin (AzTU) tələbəsidir. Atam heç birimizin ali məktəbə qəbul olduğunu görmədi.
Abituriyentlərə tövsiyə edirəm ki, nə qədər zəif olsalar da, narahat olmasınlar. Çünki onlar hələ yolun başlanğıcındadırlar. Əsas odur ki, öz üzərlərində çalışsınlar və özlərini motivasiya edəcək şeylər tapsınlar".
Qeyd edək ki, Sübhi Mürsəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı, sentyabrın 30-da Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən Sübhi Mürsəliyev vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirdiyinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA










