Avqustun ilk günü hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında gün ərzində hava yağmursuz keçəcək. Temperaturun gecə 21-25°, gündüz 30-35° isti, Bakıda gecə 22-24°, gündüz 33-35° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu, nisbi rütubət gecə 65-70, gündüz 40-50 faiz təşkil edəcək. Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25°, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26°, Türkan, Hövsan, Şıx və Sahildə 26-27° isti olacaq. Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 18-23°, gündüz 33-38° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 12-17°, gündüz 24-29° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 18-23°, gündüz 32-37° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gün ərzində hava, əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 15-20°, gündüz 30-35° isti olacağı gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 20-25°, gündüz 33-38° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 19-24°, gündüz 31-36° isti, dağlarda gecə 14-19°, gündüz 22-27° isti olacağı gözlənilir.
Emin
Zəngilan rayonu Ağalı kəndində də “Son zəng” keçirildi - VİDEO
Fransanın bəzi media qurumları ölkəmizə qarşı qarayaxma kampaniyası aparır - MEDİA
Qəbələ, Ağstafa və Balakən istiqamətində qatarla gedənlər üçün ŞAD XƏBƏR
Rus ordusu məşhur kəndə girişi bağlayıb? - Zəngəzurda yeni savaş
Prezident Fərman imzaladı
Azərbaycana qarşı informasiya hücumları insan hüquqları üzərindən spekulyasiyalara əsaslanır – NATİQ MƏMMƏDLİ
Genişləndirilmə layihəsinə 180 milyon dollar ayrıldı - Bakı metrosu ilə bağlı ŞAD XƏBƏR
“Masallı sakini maşınını niyə yandırdı?” - İcra Hakimiyyətindən açıqlama - VİDEO
"Yaxın saatlarda təkrar təkanlar gözlənilir" - Qurban Yetirmişli
Azərbaycanda güclü zəlzələ olub - FOTO
Brendlər, keyfiyyət və sərfəli qiymətlər - BBAK Outlet Mərkəzi - VİDEO










