Avrasiya Nəqliyyat Marşrutuna maraq artır - FOTO

AZCON Holding şirkətlərindən olan ADY-nin sədri Rövşən Rüstəmovun Daşkəndə səfəri çərçivəsində “Özbəkistan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Zufar Narzullayev və “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze ilə görüşünün yekunu olaraq Gürcüstan “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasına üzv olub.
Bu barədə Avtosfer.az-a ADY-dən məlumat verilib.
Bu mühüm qərar Orta Dəhlizin cənub qanadı olan Avrasiya Nəqliyyat Marşrutu üzrə yükdaşımaların daha da cəlbedici olmasına, ümumilikdə regional əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.
Tərəflər həmçinin Avrasiya Nəqliyyat Marşrutunun inkişafı, Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu xəttinin inşasının tamamlanması ilə bu marşrutun Şərq-Qərb istiqaməti üzrə yük daşımaları üçün daha cəlbedici ola biləcəyi barədə fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, 20 sentyabr 2024-cü ildə Bakıda ADY, Özbəkistan Dəmir Yolları, Qırğızıstan Dəmir Yolları Milli Şirkəti və Tacikistan Dəmir Yollarının iştirakı ilə “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılıb. Azərbaycan tərəfinin təşəbbüsü ilə Assosiasiyanın yaradılmasında məqsəd tranzit yüklərin cəlbi, inteqrasiya edilmiş logistika məhsullarının inkişafı, daşıma prosesləri üzrə vahid texnologiyanın yaradılması, səmərəli tarif siyasətinin həyata keçirilməsi və xərclərin optimallaşdırılmasıdır.
Assosiasiyaya Azərbaycanın sədrlik etməsi ADY-nin regionun əsas operatorlarından biri kimi mövqeyini gücləndirir, Azərbaycanı Orta Dəhlizin cənub qolunun bütün marşrutu boyunca tranzitin təşkili üzrə əsas qərarların qəbul edildiyi strateji dispetçer mərkəzinə çevirir.


Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












