Avrasiyanın nəqliyyat və enerji xəritəsini yenidən müəyyən edən Bakı və Tbilisi - MÖVQE

Zamanın sınağından çıxan Azərbaycan-Gürcüstan yüksəksəviyyəli strateji tərəfdaşlıq münasibətləri nəticə etibarilə uzun illər boyu münaqişə, müharibə coğrafiyasına çevrilən Cənubi Qafqaz bölgəsindəki bu qara səhifələrin bağlanaraq tarixə quvuşmasına gətirib çıxaracaq.
Avtosfer.az xəbər verir ki, bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, son zamanlarda Gürcüstan ali rəhbərlərinin ilk xarici səfərlərini Azərbaycana etməsi ikitərəfli əlaqələrin yeni mərhələyə qədəm qoymasının göstəricisidir. “Azərbaycanla Gürcüstan arasındakı ikitərəfli münasibətlərin dinamik inkişafı iki ölkə və yaxud bölgəmizin deyil, daha geniş coğrafiyanın maraqlarına uyğun olduğundan, bu əməkdaşlıq modeli digər region ölkələri üçün də nümunə ola bilər”, - o qeyd edib.
Deputat əlavə edib ki, Azərbaycanla Gürcüstanın birgə həyata keçirdiyi transmilli layihələr reallaşdırması nəticəsində Qərblə Şərq arasında əməkdaşlıq mübnasibətlərində bir körpü rolunu yaradıb. “Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar Orta Dəhlizin ayrılmaz hissəsinə çevrilib. Mövcud geosiyasi proseslər fonunda Orta Dəhlizin əhəmiyyəti getdikcə daha da artmaqdadır. Orta Dəhlizin əhəmiyyətinin artması isə ancaq Azərbaycan və Gürcüstanın birgə fəaliyyəti nəticəsində mümkün olub. Orta Dəhlizin imkanlarının getdikcə artması ölkələrimizin təkcə bölgədə deyil, bütövlükdə qlobal miqyasda əhəmiyyətini artıraraq ciddi oyunçuya çevrilməsinə öz töhfəsini verəcək.
Bunun üçün böyük imkanlar mövcuddur. Ölkələrimizin iştirakı ilə birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Cənab Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Azərbaycan və Gürcüstan hazırda “yaşıl enerji” sahəsində də birgə meqalayihələrə həyata keçirməklə Avropanın enerji təhlükəsizlik arxitekturasına daha etibarlı şəkildə töhfə verməyi planlaşdırır və bu istiqamətdə konkret fəaliyyət planı nəzərdə tutulub. İki ölkə arasındakı münasibətlər bütövlükdə Avrasiya coğrafiyasında daha geniş əməkdaşlıq formatlarının yaranmasına xidmət etməklə qlobal təhlükəsizliyin təmin edilmsəsinə öz töhfəsini verəcək”.
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI










