"Avro-4"ə uyğun olmayan maşınlarla bağlı sərt qərar verildi

Avqustun 16-dan etibarən xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin Azərbaycan Respublikasına müvəqqəti gətirilməsi qaydaları sərtləşdirilir. Bundan sonra avtomobillərin sahibləri tərəfindən müvəqqəti gətirilməyə dair təsdiqedici sənədlər təqdim edilmədikdə, məlumatların çatışmazlığı aşkarlandıqda və müvəqqəti gətirilmə proseduru ilə bağlı riskli hallar yarandıqda gömrük orqanları tərəfindən üçüncü şəxsin zaminliyi və ya müvəqqəti gətirilmə proseduru üçün maliyyə təminatı və ya Gömrük Məcəlləsi ilə müəyyən edilmiş digər təminat üsulları tələb olunacaq. Dövlət Gömrük Komitəsindən APA TV-yə verilən məlumata görə, son zamanlar fiziki şəxslər tərəfindən Azərbaycan ərazisinə müvəqqəti gətirilən və Avro-4 ekoloji standartlarının normalarına cavab verməyən avtomobillərin geri qaytarılma müddətlərinə riayət edilməməsi halları artıb. Bununla əlaqədar Dövlət Gömrük Komitəsi tərəfindən gömrük qanunvericiliyinin tələblərinin təmin olunmasına dair müvafiq tədbirlər həyata keçirilib.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












