Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfəyə yaxın artıb - AYNA

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışını təmin edən "biletim.az" portalı vasitəsilə onlayn qaydada 739 433 bilet əldə edilib. Bu barədə Avtosfer.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 dəfə çoxdur. Onlayn bilet alışının ümumi bilet satışında xüsusi çəkisi 11 ayın nəticəsi üzrə 29,2 %, o cümlədən noyabr ayında 38,1 % təşkil edib. 2024-cü ilin 11 ayı ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 21,3 % idisə, cari ilin müvafiq dövründə bu rəqəm 37,3 %-ə yüksəlib.
Xatırladaq ki, "Biletim.az" portalında 56 məntəqə, 86 istiqamət üzrə bilet almaq mümkündür.
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI












