Avtobus sürücülərinin tibbi müayinəsi unudulur

“Sərnişin avtobusları, taksilər hər gün səhər saatlarında qarajdan çıxarılır, yuyulur, texniki baxışdan, onların sürücüləri isə tibbi baxışdan keçir. Bütün bu qaydalar Nəqliyyat Nazirliyindən alınmış lisenziya əsasında fəaliyyət göstərən nəqliyyat vasitələrinə şamil edilir”. Bunu Modern.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin katiblik rəisi Namiq Həsənov deyib. Onun sözlərinə görə, bu qaydalar həm Bakı şəhəri, həm də bölgələr üzrə tətbiq edilir: “Nazirlər Kabinetinin müvafiq qərarı var və bu qərara uyğun olaraq hər gün xəttə çıxmazdan əvvəl avtomobillərin müayinəsi aparılır. Şübhəsiz ki, bütün bu məsələlərə bölgələrdə bizim regional şöbələrimiz nəzarət edir. Avtomobilin əyləc sistemi, şinləri, oturacaqları yoxlanılır. Çünki söhbət vətəndaşlarım həyatından gedir”.
N.Həsənov sürücülərlə bağlı tibbi yoxlanışın Səhiyyə Nazirliyinə həvalə olunduğunu deyib: “Sürücülərin tibbi yoxlanışını aparan həkimlər Səhiyyə Nazirliyinin səlahiyyətindədir. Nazirlər Kabinetinin qərarında tibbi yoxlanış işi Səhiyyə Nazirliyinə həvalə olunub. Səhiyyə işçiləri bu işdə Nəqliyyat Nazirliyinin nümayəndələri ilə çalışırlar”.
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA












