Avtobusa bank kartı ilə minmək mümkün olacaq? - AÇIQLAMA

Son illərdə bir çox ölkədə ictimai nəqliyyatda nağdsız ödəniş vasitəsi kimi bank kartlarından istifadə imkanlarının yaradılması müşahidə edilir. Məsələn, Gürcüstanda sərnişinlər avtobuslarda istənilən bank kartı ilə ödəniş edə bilirlər. Bank kartları ilə ödəniş imkanlarının olması həm yerli əhali, həm də turistlər üçün böyük rahatlıq yaradır.
Azərbaycanda isə hələlik yalnız “BakıKart” vasitəsilə metro və avtobuslarda gediş haqqını ödəmək mümkündür.
Bəs yaxın gələcəkdə ölkəmizdə də sərnişinlər istənilən bank kartından istifadə edə biləcəklərmi?
Avtosfer.az xəbər verir ki, sfera.az məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə sorğu göndərib.
Agentliyinin mətbuat katibi Tural Orucov bildirdi ki, hazırda paytaxtda sərnişindaşıma subyektlərində nağdsız ödəniş sisteminə keçidin sürətləndirilməsi istiqamətində işlər aparılır:
“Ölkənin digər şəhər və rayonlarında da ictimai nəqliyyatda nağdsız ödənişin tətbiqi nəzərdə tutulub. AYNA tərəfindən Gəncədə marşrut şəbəkəsi yenidən formalaşdırılıb. Hazırda şəhərdə ictimai nəqliyyatın yenilənməsi prosesi həyata keçirilir. Bu işlər çərçivəsində yeni nağdsız ödəniş sistemi tətbiq ediləcək”.
Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev də açıqlama verib. Onun sözlərinə görə, bank kartı ilə ödəniş sistemi barədə illərdir müzakirələr aparılır və artıq ilk addımlar atılıb:
“Ən yeni fikir ondan ibarətdir ki, Gəncə şəhərində yaxın vaxtlarda avtobus şəbəkəsində həm bank kartı, həm də “Google Pay” və “Apple Pay” vasitəsilə ödəniş etmək mümkün olacaq. Bakıda isə hələlik bu imkan yalnız dəmir yolu daşımalarında tətbiq edilir. Metro və avtobuslarda isə işlər davam etdirilir. Amma dəqiq tarix hələ açıqlanmayıb”.
Mütəxəssisin fikrincə, istənilən bank kartı ilə ödəniş imkanının yaradılması sərnişinlər üçün əlavə rahatlıq, vaxt itkisini minimuma endirmək və nəqliyyat xidmətlərinin əlçatanlığını artırmaq baxımından mühüm üstünlüklər gətirəcək:
“Xüsusilə paytaxtda böyük sərnişin axınının müşahidə olunduğu metro və avtobuslarda belə bir sistemin tətbiqi ictimai nəqliyyatın keyfiyyətini əhəmiyyətli dərəcədə artıracaq. İndi isə sərnişinlərin “BakıKart”dan istifadəsi davam edir. Yeni sistemin tam tətbiqi üçün dəqiq tarix açıqlanmasa da, yaxın illərdə Azərbaycanın hər bir bölgəsində ictimai nəqliyyatda istənilən bank kartı ilə ödəniş etmək mümkün olacaq”.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












