Avtobusda “Allahu-Əkbər” qorxusu

Ötən gün saat 14:30-da Bakı-Gəncə avtobusunda sərnişinlər qorxulu anlar yaşayıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, Bakıdan Gəncəyə hərəkət edən sərnişin avtobusunda bir nəfər sərnişinləri qorxudub. Saqqallı şəxs avtobusda ayağa qalxıb və əlinə ülgüc götürərək insanları təhdid etməyə başlayıb. Həmin kişi ülgüclə sərnişinləri öz qanlarını tökməyə səsləyib. Kişi “Allahu Əkbər” deyərək qışqırıb. Sərnişinlər qoxruya düşüblər. Sərnişinlərdən biri polisə xəbər verib. Bundan sonra həmin kişi avtobusdan düşərək qaçıb.
Məsələ ilə bağlı Gəncə şəhər avtovağzalı ilə əlaqə saxladıq. Avtovağzalın rəisi Namiq Həsənov anspres-ə bildirdi ki, hadisə baş verən vaxt avtobus Bakı avtovağzalından çıxıbmış. Gəncəyə çatanda artıq avtobusdakı problem həll olunubmuş. “Avtobus bura gələndə hər şey qaydasında idi. Sərnişinlər salamat idi. Heç kim təşvişdə deyildi”, - deyə N.Həsənov bildirib.
Bakı Avtovağzalında isə hadisə ilə bağlı məlumatlı olmadığını bildirdilər. Bakı beynəlxalq avtovağzalın növbə rəisi Məhəmməd Abdullayevin verdiyi məlumata görə, həmin hadisənin kim tərəfindən törədildiyini bilmirlər. Ümumiyyətlə bu barədə xəbəri bu gün eşidib.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO












