Avtobuslarla bağlı vacib qərar - "Gələn ildən etibarən ..." - VİDEO

2026-cı ilin yanvar ayından etibarən istehsal tarixi 15 ildən artıq olan avtobuslar müntəzəm marşrut xəttində istifadə olunmayacaq. Avtosfer.az xəbər verir ki, bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yeni qərar təsdiqləyib. Qərara əsasən, müntəzəm marşrutlarda işləyəcək avtobuslara müəyyən tələblər qoyulacaq. Buna avtomobilin indiyədək olan yürüşü və istehsal tarixi, nağdsız ödəniş imkanı qurğusu, sərnişin sayma qurğusu və sair daxildir.
Ekspert Elməddin Muradlı deyib ki, avtobus parkının yenilənməsinə ciddi ehtiyac var. Lakin bu qərar köhnə avtobusların tamamilə xətdən çıxarılması demək deyil:
"Hesab edirəm ki, bunu çox qısa müddətdə icra etmək o qədər də asan olmayacaq. Məncə, bu qərar gələn ildən etibarən köhnə avtobusların dərhal xətdən çıxarılması kimi anlaşılmamalıdır".
Qeyd edək ki, yeni qərar Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, Xankəndi şəhərlərinin, Abşeron, Ağdam, Şuşa, Laçın rayonlarının inzibati ərazilərində avtomobil nəqliyyatı vasitələri ilə müntəzəm sərnişin daşınmalarını həyata keçirən daşıyıcı şirkətlərin qarşısına qoyulan tələbdir.
Ətraflı Baku TV-nin videomaterialında:
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












