Avtobusun qarşısında manevr etmək istəyən avtomobil bu hala düşdü – FOTOLAR

Bu gün səhər saat 9 radələrində Bakıda sərnişin avtobusunun iştirakı ilə ağır yol qəzası baş verib. Hadisə Azadlıq 189 ünvanında qeydə alınıb. Belə ki, “Daewoo” marklı, 10 TF 909 dövlət nömrə nişanlı, 165 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusu dayanacaqdan hərəkətə başlaryakən, “Volkswagen” markalı avtomobil sürətlə əks yola keçərək, avtobusun qarşısında dayanan “Hyundai” markalı avtomobilə çırpılıb. Zərbənin təsirindən “Hyundai” yol kənarındakı kolluğa girib. “Volkswagen” markalı avtomobil daha sonra qarşısındakı sərnişin avtobusuna çırpılıb. Avtobusun sürücü İbrahim Asimanov anspress-ə bildirib ki, hadisə qəfil baş verib. “Nə qədər çalışsam da, avtobusu qəzadan xilas edə bilmədim”, - deyə İbrahim Asimanov bildirib.
Qeyd edək ki, qəzada 3 nəfər yüngül xəsarət alıb.
Qəzanın səbəbkarı olan “Volkswagen” markalı avtomobilin sürücüsü qəzanın fotolarını çəkən «Radio Antenn» FM radiosunun əməkdaşı Əzizə İsmayılovaya hücum edib. Qəzaya səbəb olan “Volkswagen” markalı avtomobilin sürücüsünün hücumu barədə Əzizə İsmayılova özünün Facebook səhifəsində yazıb: “Qəza törədən sürücü başından yüngül xəsarət almışdı və hətta mənim üzərimə şəkil çəkməyim deyə hücum belə etdi... Əlimdəki kameranı almağa çalışdı”, - deyə Əzizə İsmayılova qeyd edib.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO































