Avtomobil almaq istədi: həm maşından oldu, həm də pulundan - VİDEO

Saatlı rayon sakini dələduzluqla üzləşdiyini iddia edir. Rayonun Gomuşçu kənd sakini Cavid Allahyarov yeni avtomobil almaq üçün Abşeron rayon Xırdalan şəhərində yaşayan Elçin Ağacanov adlı bir şəxslə danışıb. Razılığa əsasən o, Elçin Ağacanov adlı şəxsə öz idarə etdiyi VAZ-2106 markalı avtomobilini və 1880 AZN nağd pul verərək, bunun müqabilində isə Elçin Ağacanov ona kreditlə "Toyota Prius markalı" avtomobil verəcək idi.
Razılaşmaya əsasən, hər iki şəxs Xırdalan rayonu ərazisində görüşüblər və Cavid Allahyarov Elçin Ağacanovdan avtomobili təhvil alıb. Lakin, Elçin Ağacanov maşınını sənədlərininin onda olmadığını bildirirərək bir həftə ərzində hazır edəcəyini deyib.
Cavid Allahyarov qeyd edib ki, ona qarşı dələduzluq edən Abşeron rayon sakini Elçin Ağacanov Saatlı rayon ərazisində başqa bir vətəndaşa qarşı da, eyni əməli törədib.
Vətəndaşın üzləşdiyi dələduzluq faktı ilə bağlı DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan bildirildi ki, həmin faktla bağlı Saatlı RPŞ-də araşdırmalar aparılıb. Araşdırmalar zamanı hadisənin Abşeron rayonu ərazisində baş verdiyi məlum olub və müvafiq araşdırmaların davam etdirilirməsi üçün toplanmış materiallar aidiyyatı üzrə Abşeron RPİ-yə göndərilib.
Ətraflı videomaterialda.
Bu yollarda tıxac var - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI












