Avtomobil bazarındakı vəziyyət: Yeni ildən hansı maşınlar bahalaşacaq? - FOTO

2025-ci ilin ilk aylarından etibarən Çin və digər avtomobil istehsalçısı olan ölkələrdə ixracla bağlı qaydalar dəyişə bilərlər. Buna səbəb isə ABŞ və digər inkişaf etmiş ölkələrin xüsusən Çin istehsalı olan nəqliyyat vasitələrinin idxalı ilə bağlı sərtləşdirilmiş gömrük rüsumlarını tətbiq etməsidir. Bununla əlaqədar bayramdan sornakı dövrdə Azərbaycanın avtomobil bazarında qiymət artımı gözlənilirmi?
Mövzu ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov Avtosfer.az-a açıqlamasında deyib ki, növbəti ildə avtomobil bazarında qiymətlərin müxtəlif seqmentlər üzrə, müxtəlif səviyyələrdə dinamika gözlənilir.

“Xüsusilə Asiya bazarlarından idxal olunan və yeni model avtomobillərin qiymətlərində daha ciddi artımlar ola bilər. Çünki bu məhsullar bazara yeni daxil olur. Onlar bazarda sınandıqca artıq digər şirkətlər daha fərqli qiymət siyasəti həyata keçirir və istehsalçı qiymətlərində müəyyən qədər artım meyilləri müşahidə olunur. Eyni zamanda şərtlərin dəyişməsi müəyyən mənada bu istiqamətdə qiymətlərin artması meyillərini gücləndirəcək".
Ekspert qeyd edib ki, iri mühərrikli avtomobillər, yaxud benzin və dizellə işləyən nəqliyyat vasitələri ilə müqayisədə hibrit və elektromobillərin bazarda tələb daha yüksək olduğu üçün onların qiymətlərində artım edilməsi planlaşdırılır. "Amma dizel və benzinlə çalışan avtomobillərin qiymətlərinin daha aşağı səviyyədə olması gözlənilir" .
Ekspert onu da əlavə edib ki, 20 min manata qədər dəyəri olan avtomobillərin qiymətində təkrar iri faizlərlə artımlar ehtimal olunur.
“Əhalinin alıcılıq gücü aşağı səviyyədə olduğu üçün hər bir seqment üzrə fərqli səviyyədə qiymətlərin dinamikası dəyişə bilər”.
Eltac Zülfüqaroğlu
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










