Avtomobil benzininin istehsalı artıb

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda neft məhsullarının istehsal həcmi 2 253,1 mln. manat təşkil edib. Avtosfer.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu məbləğ əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 3% az olub.
Hesabat dövründə 1 124,5 min ton avtomobil benzini istehsal olunub ki, bu da ötən ilin müvafiq dövründən 1,6% çoxdur.Bu ilin yanvar-noyabr ayları ərzində istehsal olunan yanacaq mazutunun həcmi isə 305,3 min ton təşkil edib. Bu məhsulun istehsalı ötən ilin müvafiq dövründən 54% artıq olub.
Həmçinin 184,9 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 633,9 min ton ağ neft, 2 611,4 min ton dizel yanacağı, 24,9 min ton sürtgü yağları, 159,2 min ton neft bitumu istehsal olunub.
Neft məhsullarından neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 4%, ağ neftin istehsalı 2,3%, dizel yanacağının istehsalı 1,9%, sürtgü yağlarının istehsalı 51,2%, neft bitumunun istehsalı 30% azalıb.
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!












