Avtomobil oğruları məhkəmə qarşısında

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən Şəki şəhər sakini Gülşən Əzizova, Göyçay rayon sakini Zeynal Mikayılov, Bakı şəhər sakinləri, Natiq Abdullayev və İsmayıl İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Avtosfer.az teleqraf-a istinadən xəbər verir ki, Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 31-də Vüqar Əliyevə məxsus “İnfiniti” markalı avtomobili, 370 manatı və mobil telefonu quldurluq yolu ilə almış Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Natiq Abdullayev və İsmayıl İsmayılov tutulub. Bundan başqa həmin cinayət əməlində iştirak etmiş Şəki şəhər sakini Gülşən Əzizova, Göyçay rayon sakini Zeynal Mikayılov da müəyyən ediliblər.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı sentyabrın 7-nə təyin olunub.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












