Avtomobil yollarının uzunluğu 31 min kilometri ötəcək - 2028-ci ildə

Gələn il Türkiyədə avtomobil yollarının uzunluğunun 30 min 420 kilometrə, 2028-ci ildə isə 31 min 250 kilometrə çatdırılması planlaşdırılır.
Avtosfer.az xəbər verir ki, bu çərçivədə avtomobil yolu şəbəkəsində yol hərəkəti təhlükəsizliyinin artırılması və davamlılığın təmin edilməsi, yollarda nəzarətin gücləndirilməsi və avtomobil yolu şəbəkəsinin qorunaraq inkişaf etdirilməsi əsas prioritetlər arasında olacaq.
Ölkədə yol tikintisi işlərində əsas diqqət yetirilən məsələlərdən biri də əsas limanlarla avtomobil və dəmir yolu bağlantılarının yaradılması kimi müəyyən edilib.
Türkiyədə təkzolaqlı yolların uzunluğunun gələn il 16 min 303 kilometrə, 2028-ci ildə isə 16 min 938 kilometrə qədər artırılması nəzərdə tutulur.
Bundan əlavə, 2026-cı ildə dövlət və vilayət yollarında 300, 2028-ci ildə isə 450 kilometr uzunluğunda rabitə infrastrukturunun yaradılması da planlaşdırılır.
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
Əhalinin kredit borclarının artması risklidir, yoxsa zəruri? - AÇIQLAMA
Bakıda kütləvi tədbirlər zamanı ictimai nəqliyyat necə təşkil olunmalıdır? – EKSPERT












