Avtomobili cərimə meydançasından 20 manata çıxaran vəkil

Azərbaycanın tanınmış vəkillərindən biri Anar Qasımlı da DYP əməkdaşlarının hədəfinə gəlib. Vəkil Britaniya səfirliyinin keçirdiyi tədbirdən çıxdıqdan sonra maşınının DYP əməkdaşları tərəfindən cərimə meydançasına aparıldığını görüb. Avtosfer.az-ın məlumatına görə, Qasımlı özünün Facebook səhifəsində bununla bağlı yazıb ki, evekuator vasitəsi ilə avtomobilinin Cavanşir körpüsünün yanındakı cərimə meydançasına aparıldığını öyrəndikdən sonra ora gedib. "İçəri (xidməti otağa) keçmək istəyirdim ki, "içəridə adam var, növbəyə durun" nidasını eşitdim. Sən demə, qapının ağzında dayananlar növbə gözləyirmiş. Əvvəlcə öz-özümə deyindim ki, niyə bura bir neçə əməkdaş qoymurlar ki, camaat cəriməsini növbəsiz ödəyib getsin. Lakin içəri keçəndən sonra bəlli oldu ki, lap 10 nəfər əməkdaş da cəlb eləsələr növbə olacaq, çünki içəri bir-bir buraxırlar. Bunun da bəlli səbəbi varmış".
Tanınmış vəkil qeyd edib ki, içəri keçib sənədlərini təqdim edib. "Ətrafdakı polis serjantlarının "komandir" deyə müraciət etdiyi mülki geyimli şəxs bidirdi ki, 40 manat cərimə ödəməliyəm. Mən də dedim ki, protokol yazın, mənim hüququm var ki, ay ərzində cəriməni ödəyim. "Komandir" dirəşdi ki, cəriməni ödəmədən maşını buraxmayacaq. Dedim, ey bəni-adəm, qanun var, qayda var, məcəllə var, mənim hüquqlarım var, sənin vəzifələrin var, gəl atı daşlığa sürmə, yaz protokolu, ver maşınımı çıxım gedim. Adam Nuh dedi, Peyğəmbər demədi. Bu arada ətrafdakı serjantlar hansısa qanunun, hansısa maddəsinin qeyd hissəsində hansısa cümləni sarı markerlə rəngləyib mənə sübut etmək istədilər ki, cəriməni ödəməsəm maşını apara bilmərəm. Axırda, onlara vəkil olduğumu bildirdim və bir az qanun dərsi keçdim. Qardaşlar, dərhal valı dəyişdilər. "Rəis, bəlkə pulu yoxdur, yaz getsin", "Rəis, güzəşt elə getsin" nəqarətli mahnılar oxumağa başladılar. Əlimi atdım cibimə, pulumu çıxartdım, dedim, cərimə ödəməyə pulum var, amma sizə ödəməyəcəm, qanuni şəkildə dövlət büdcəsinə ödəyəcəm. Nə isə, nəqliyyat vasitəsinin evakuatorda gətirilməsinə görə 20 manat ödəyib, qəbzi aldım, protokol yazdırdım, maşınımı götürüb çıxdım".
Anar Qasımlı sonda bildirib ki, orada olduğu müddətdə cərimə meydançasına gələnlərin hamısından 40 manat alıb buraxıblar. "Heç birinə protokol yazılmadı, qəbz verilmədi. Media bu mövzunu diqqətdə saxlasa yaxşıdır. O cərimə meydançasının qarşısında monitorinq aparmaqla hər gün nə qədər pulun dövlət büdcəsindən yayındırıldığına hamı şahid olar".
Ulu Öndərlə səngərdə çəkilən şəkil Prezidentə göstərildi - VİDEO
Hər dəfə Qarabağda, Şərqi Zəngəzurda olanda və inkişafı görəndə ürəyim sevinir - Prezident
Benzin qıtlığı rusları bunu etməyə vadar edir - VİDEO
Azərbaycanda 3000-dək sürücüyə “Bolt” tərəfindən peşəkarlıq sertifikatı verilib – RƏSMİ - VİDEO
""Qan pulu"nu alanda insan dirilir?!" - VİDEO
Əli Əsədov turizmin inkişafına həsr olunmuş iclas keçirdi - FOTOLAR
Yolda avtomobillə heyvan vurulduqda məsuliyyət kimə aiddir?
Qondarma "erməni soyqırımı" mövzusu Azərbaycanın tələbi ilə bağlanılıb? - POLİTOLOQ
Dollar stabil qalıb, ərzaq niyə bahalaşır? - SƏBƏBLƏR
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Rusiyada yanacaq qıtlığından qazananlar da olacaq - FOTO











