Avtomobillərdə pərdə və plyonkadan istifadə ləğv edilib? - VİDEO

Avtomobillərdə pərdə və plyonkadan istifadə qadağasının ləğv edilməsi ilə bağlı ''Yol hərəkəti haqqında'' qanuna və İnzibati Xətalar Məcəlləsinə dəyişiklik olsa da, bununla bağlı standart müəyyən edilməyib.
Avtosfer.az-ın məlumatına görə, əvvəllər nəqliyyat vasitələrinin arxa yan şüşələrində mayın 1-dən noyabrın 15-dək pərdə və plyonkadan istifadəyə icazə verilirdi. Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyir ki, ötən il Milli Məclisin plenar iclasında pərdə və plyonka qadağasının ləğv edilməsi ilə bağlı müvafiq qərar verilib. Bunun standartını müəyyən etmək üçün Nazirlər Kabinetinə 3 ay vaxt verilib. Amma həmin tarixdən indiyədək standart qəbul edilməyib. Ekspertin sözlərinə görə, Azərbaycanın qəbul etdiyi Avropa İqtisadi Komissiyasının 42 saylı qaydasında da qeyd olunub ki, sürücünün kürəyindən arxada qalan şüşələrin şəffaflığı onun öz öhdəliyinə buraxılır. Sürücülər isə deyirlər ki, mövcud vəziyyət onlarda çaşqınlıq yaradıb. Çünki adi vaxtlarda plyonka və pərdə istifadəsinə görə cərimə tətbiq edilmir, amma avtomobillərin qeydiyyatı və texniki baxışı zamanı həmin vasitələrin sökülməsi tələb edilir. Pərdə və plyonka ilə bağlı standartın nə zaman müəyyən ediləcəyi isə məlum deyil.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












