Avtomobillərin idxal dəyəri yüksəldi: Bu amil qiymətin qalxmasına gətirib çıxarır
Gündəm
19 İyul 2024 17:48

Xaricdən gətirilən avtomobillərin idxal dəyər 5 min manatadək artıb. Belə ki, bu ilin yanvar-iyun aylarında xaricdən Azərbaycana ümumilikdə 779 milyon 364 min dollar dəyərində 42 min 335 ədəd avtomobil gətirilib.
Avtosfer.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) statistikasına əsasən, 2023-ci ilin yanvar-iyun ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 6 min 38 ədəd azalıb, dəyəri baxımından 26 milyon 60 min dollar və ya 4% artıb. Bu dövrdə 1 ədəd avtomobilin idxal qiyməti 18 min 410 dollar, ötən ilin eyni dövründə isə 15 min 573 dollar olub. İdxal qiyməti son bir il ərzində 5 min manatadək artıb.
Avtomobil sektoru üzrə ekspert Eldəniz Cəfərov "Xəzər Xəbər"ə bildirib ki, avtomobillərin idxal dəyərinin artmasının səbəbi ili köhnə nəqliyyat vasitələrinin ölkəyə gəlişinin məhdudlaşdırılmasıdır.
Ekspert həmçinin vurğulayıb ki, idxal edilən avtomobillərin 9 minə yaxını hibriddir.
Nəqliyyat eksperti İlqar Hüseynli deyib ki, xaricdən gətirilən avtomobillərin idxal dəyərinin artmasında bir çox amillər xüsusi rol oynayır:
.jpg)
''Bunlardan birincisi, gömrük ödənişləri zamanı 10 ildən yuxarı nəqliyyat vasitələrində tarif dəyişiklikləridir. İkincisi, bu illərə qədər köhnə avtomobillərin idxalına icazə verilirdi. Onların da dəyər qiyməti az olduğuna görə, idxalda fərq özünü göstərir. Həmçinin,ölkə ərazisinə daxil olan maşınların sayı da idxal dəyərinin artmasını şərtləndirir. Belə ki, artıq 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə ölkəyə gətirilən avtomobillərin sayı azalıb. Bu amil isə qiymətin qalxmasına gətirib çıxarır".
(sherg.az)
Oxunub : 702
DİGƏR XƏBƏRLƏR
12 Oktyabr 2026 18:30
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
12 Oktyabr 2026 17:46
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
12 Oktyabr 2026 16:48
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
12 Oktyabr 2026 11:30
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
12 Oktyabr 2026 09:23
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
12 Oktyabr 2026 08:54
Həftəyə tıxacla başladıq - SİYAHI
11 Oktyabr 2026 21:32
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
11 Oktyabr 2026 18:41
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
11 Oktyabr 2026 10:32
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
10 Oktyabr 2026 09:45
Yollarda duman var - Sürücülərin nəzərinə!
9 Oktyabr 2026 22:06
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
9 Oktyabr 2026 21:30
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
ŞƏRH YAZ












