Avtonom avtomobillərlə bağlı qanun layihəsi Milli Məclis tərəfindən qəbul edilib - RƏSMİ

Azərbaycanda avtomobil, dəmir yolu, metro, tramvay, dəniz və hava nəqliyyatı sahələrində avtonom nəqliyyat vasitələrinin hüquqi əsaslarının yaradılması istiqamətində mühüm addım atılıb.
Avtosfer.az xəbər verir ki, bu məsələ AYNA tərəfindən təşkil olunan “Media nümayəndələri üçün yol hərəkətinin təşkili ilə bağlı təlim-infosessiya” zamanı da müzakirə olunub.
Qanunvericiliyə "avtonom nəqliyyat vasitəsi", "operator" və "məsafədən idarəetmə mərkəzi" kimi yeni anlayışlar əlavə edilir.
Həmçinin yüksək və tam avtomatlaşdırılmış idarəetmə səviyyələri hüquqi baxımdan təsbit olunur. Avtonom nəqliyyat vasitələri yalnız dövlət qeydiyyatından keçdikdən sonra səlahiyyətli qurumların müəyyən etdiyi ərazilərdə istismar oluna biləcək. Operator kimi fəaliyyət göstərmək istəyən fiziki və hüquqi şəxslər müvafiq şəhadətnamə almalıdırlar. Bu şəhadətnamə 5 il müddətinə veriləcək və onun əldə olunmasına görə 20 manat dövlət rüsumu tutulacaq.
Sənədə əsasən, qanun layihəsində operatorların vəzifələri də müəyyənləşdirilib. Belə ki, onlar avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyətinə nəzarət etməli, təhlükə yarandıqda operativ müdaxilə göstərməli, istismarla bağlı məlumatları qoruyub saxlamalı, həmçinin qəza və ya insident baş verdikdə dərhal aidiyyəti dövlət qurumlarını məlumatlandırmalıdırlar. Məsafədən idarəetmə mərkəzləri yaradılacaq və avtonom nəqliyyat vasitələrinin istismarı zamanı formalaşan məlumatlar real vaxt rejimində dövlət informasiya sisteminə ötürüləcək. Həmin məlumatlar operatorlar tərəfindən ən azı 6 ay müddətində saxlanılacaq.
.jpg)
Bundan əlavə, avtonom nəqliyyat vasitələrinin xüsusi tənzimləyici test mühitində sınaqdan keçirilməsi, onların hərəkət edəcəyi yol, hava və su məkanlarının müəyyənləşdirilməsi, qəza və zərərlərə görə mülkiyyətçi, operator, istismarçı və istehsalçı arasında məsuliyyət bölgüsünün dəqiqləşdirilməsi, eləcə də sığorta tələblərinin müəyyən olunması nəzərdə tutulur. Avtomobillər üçün xüsusi "Avtonom nəqliyyat vasitəsi" tanınma nişanı tətbiq ediləcək. Eyni zamanda, mülki təyinatlı avtonom pilotsuz uçuş aparatları da xüsusi icazə tələb olunan əşyalar siyahısına daxil ediləcək.
Müzakirələrin yekununda qanun layihəsi səsverməyə çıxarılaraq Milli Məclis tərəfindən qəbul edilib.
Fatimə Dadaşova
“20 Yanvar” metrosu və “Şamaxinka”ya da velosiped zolaqları çəkiləcək – RƏSMİ AÇIQLAMA
Qafqazın təhlükəli avtomobil yollarından biri yenidən qurulur – FOTO
Evinizdəki kamera qonşunun həyətini çəkirsə, cərimələnə bilərsiz - HÜQUQŞÜNAS
İcra başçısının vətəndaşları qəbul forması qaydalara zidd təşkil edilib? - AÇIQLAMA - FOTO
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Sumqayıtda küçələr işıqlandırılmır, elektrik enerjisinə qənaət edirlər - ŞİKAYƏT
Bu halda piyadaları CƏRİMƏ GÖZLƏYİR
Oğrular maşınların daha çox bu detallarını oğurlayır – ARAŞDIRMA
"Birmarket" vətəndaşın şikayətini niyə təmin etməyib? – RƏSMİ AÇIQLAMA
Təmir işləri görülən ərazilərdə qəzaların qarşısı necə alınmalıdır? – EKSPERT
Bəzi yollarda sıxlıq var - SİYAHI










