«Avtoş» sürücü maşınla birlikdə kanala düşdü

Şirvanda avtoxuliqanlıq edən sürücü yol-nəqliyyat hadisəsi törədib. APA-nın verdiyi məlumata görə, hadisə gecə yarısı Şirvan şəhərinin H.Əliyev prospektində Baş Şirvan Kollektorunun üstündən keçən körpüdə baş verib. Şirvan sakini 1991-ci il təvəllüdlü Hüseynov Fərid Ağakişi oğlu “Reno” markalı 99 FM 547 dövlət nömrə nişanlı avtomabili yüksək sürətlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil 9 metrlik körpünün beton və metal sədlərini dağıdaraq, hündürlükdən kanala düşüb. Avtomobildə olan sürücü Fərid Hüseynov və sərnişin Şirvan sakini 1986-cı il təvəllüdlü Nağıyev Mübariz Zabil oğlu avtomobildən çıxaraq, kanaldan üzüb xilas olublar. Hər iki şəxs yüngül xəsarət alaraq, Şirvan şəhər mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI
Əmlak bazarındakı qiymətlərə süni intellekt təsir edə bilər? - AÇIQLAMA
Bir neçə il əvvəl təmir olunan bina niyə yenidən bərpa edilir? – Memardan ETİRAZ
Kirayə ev elanında diqqətçəkən yazı; qazilərə qadağandır - FOTO















