Avtovağzalların işi ilə bağlı sərnişinlər üçün vacib məlumatlar açıqlandı - FOTO

Bu gün Bakı Beynəlxalq Avtovağzal Kompleksində şəhərlərarası və rayonlararası gediş-gəlişin bərpası ilə əlaqədər media tur təşkil edilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə avtovağzallardan hərəkət edəcək avtobuslar və sərnişinlər barədə yeniliklərdən danışılıb. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib ki, səhhətində narahatlığı olan sərnişinlərin bileti qaytarılacaq və ya başqa günlə əvəz olunacaq. Bundan başqa, Avtovağzal Kompleksində Bakıdan regionlara gedəcək sərnişinlərdən Covid-19 pasportu tələb edilməyəcək. Onun sözlərinə görə, sürücülərin 70% vaksinasiya olunub, bu prosses onlar arasında yaş həddi nəzərə alınaraq könüllü şəkildə keçirilib.
İki saatdan artıq keçən səfərlər zamanı avtobus xüsusi istirahət dayanacaqlarında saxlanılaraq antisanitar və gigiyenik normalar nəzərdən keçiriləcək.
Biletlərin qiymətlərində artım və azalmanın olmadığını qeyd edən Nuridə Allahyarova tariflərin standart olaraq qaldığını qeyd edib.
Naxçıvan Muxtar Respublikasına olunacaq səfərlər ölkədaxili olmasına baxmayaraq, səfər İran İslam Respublikasından keçdiyi üçün hələ ki, gedişlər mümkün deyil.
Qeyd edək ki, biletlər 30 may tarixindən artıq satışda olacaq.
Aysel
Nərminə
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI






















