"Ayıq sürücü" buzovnalıları təhqir edib? - Rejissordan açıqlama

Rejissor Elvin Rüstəmzadənin "Ayıq sürücü” qısametrajlı filmi etirazlara səbəb olub. Sosial şəbəkələrdə paylaşım edən Buzovna sakinləri filmdə onların təhqir edildiyini bildiriblər. Avtosfer.az-ın məlumatına görə, səslənən iddialara münasibət bildirən rejissor Elvin Rüstəmzadə "Bakuplus"a bildirib ki, filmdəki personajlar buzovnalı deyillər:
"Maşındakı aktyorların ləhçələrindən də bilinir ki, ümumiyyətlə bu obrazlar Bakılı deyillər. Filmdə ”Xala Buzovnada qalır” deyilir. Vəssalam. Başa düşmədim, qala bilməz Buzovnada? Bəyəm Buzovnada ancaq buzovnalılar yaşayır? Xeyir, əlbəttə. Hər kəs bilir ki, orda olan villaların bəzilərini Buzovnadan olmayan şəxslər ya satın alıblar, ya da kirayə qalırlar. O villalarda yaxşı adamlar da yaşayır, pis adamlar da. Bir sözlə, Buzovna deyiləndə ağıla ancaq buzovnalılar gəlməməlidir. Axı hər yerin pisi də var, yaxşısı da. Bunu unutmaq olmaz. Təkrar edirəm, filmdə heç kim buzovnalı deyil, ümumiyyətlə bakılı deyil. Filmdə kimin haralı olmağına dair heç bir söz deyilmir. İndi keçək digər məsələyə. Fakt budur ki, filmdə heç kim təhqir edilmir. Belə olmadığı halda səhifələrdə paylaşım edilib, bilib-bilmədən rəylərdə bizi söyürlər. Bu söyüşlər nə dərəcə doğrudur? Axı biz heç kimi söyməmişik. O söyənlərdən bir-ikisi ilə üzləşsək və bu sual versək "biz filmdə səni söymüşük?”, deyəcək yox. Onda biz sual verəcəyik "bəs sən bizi niyə söyürdün?” Belə olan halda, düşünürəm, vəziyyət daha da qəlizləşəcək. O söyüş söyənlər bu barədə ətraflı düşünsünlər. Çünki Bakı balacadır. Son olaraq deyirəm ki, ölkənin bütün bölgələrinə, insanlarına, kənd və rayonlarına sonsuz hörmətimiz var! Xahiş edirəm, kimlərinsə provokasiyasına getməyin. Hamımız azərbaycanlıyıq!”
Qeyd edək ki, Elvin Rüstəmzadə məşhur "Vətəndaş-A” serialının da rejissorudur.
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər": Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ












