AYNA: Gəncədə 22 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Gəncə şəhərində 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19 və 20 nömrəli şəhərdaxili, G1 və G2 nömrəli şəhərətrafı avtobus marşrutlarını müsabiqəyə çıxarılır.
Avtosfer.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Sənədlər 11 iyul saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təkliflərinə komissiya tərəfindən 2 nömrəli şəhərdaxili (Heydər Əliyev prospekti – Şah İsmayıl Xətai prospekti – Dədə Qorqud küçəsi), 4 nömrəli şəhərdaxili (İmamzadə türbəsi – Cümhuriyyət prospekti), 5 nömrəli şəhərdaxili (Y.Məmmədəliyev küçəsi – V.Qocayev küçəsi), 6 nömrəli şəhərdaxili (Şıxzamanlı qəsəbəsi – Bağmanlar küçəsi), 7 nömrəli şəhərdaxili (Poçt qəsəbəsi – Şəhidlər Xiyabanı), 8 nömrəli şəhərdaxili (Dəmiryol deposu (Z.İsmayılov küçəsi) – Qırmızı kənd qəsəbəsi (İstanbul küçəsi)), 10 nömrəli şəhərdaxili (Poçt qəsəbəsi – N.Nərimanov küçəsi),11 nömrəli şəhərdaxili (Məhsəti qəsəbəsi (H.Verdiyev küçəsi) – “Kəlbəcər” şəhərciyi), 12 nömrəli şəhərdaxili (Gəncə Dəmiryol Vağzalı – 1 nömrəli şəhər xəstəxanası), 13 nömrəli şəhərdaxili (Gəncə Beynəlxalq Avtovağzalı (Şəmkir istiqamətində) – Gəncə Avtovağzalı (Yevlax istiqamətində)), 14 nömrəli şəhərdaxili (Qızılqaya qəsəbəsi (A.Nəbiyev küçəsi) – N.Nərimanov küçəsi) və G2 nömrəli şəhərətrafı (Göygöl Avtostansiyası – N.Nərimanov küçəsi) marşrutları üzrə 12 lotda avqustun 6-da;
1 nömrəli şəhərdaxili (Gəncə Dəmiryol Vağzalı – Yeni Gəncə (28 May prospekti)), 3 nömrəli şəhərdaxili (Yeni Gəncə (28 May prospekti) – Cümhuriyyət prospekti), 9 nömrəli şəhərdaxili (Təbriz küçəsi – “Kəlbəcər” şəhərciyi), 15 nömrəli şəhərdaxili (Mərkəzi Klinika Gəncə Xəstəxanası – Gəncə Avtovağzalı (Yevlax istiqamətində)), 16 nömrəli şəhərdaxili (Məhsəti qəsəbəsi (Ə.Xasməmmədov küçəsi) – Gəncə Avtovağzalı (Yevlax istiqamətində)), 17 nömrəli şəhərdaxili (Mərkəzi Klinika Gəncə Xəstəxanası – İ.Kazımov küçəsi), 18 nömrəli şəhərdaxili (N.Nərimanov küçəsi – Cavadxan qəsəbəsi), 19 nömrəli şəhərdaxili (V.Qocayev küçəsi – Şah İsmayıl Xətai prospekti), 20 nömrəli şəhərdaxili (Ə.Xəqani küçəsi – N.Nərimanov küçəsi) və G1 nömrəli şəhərətrafı (Göygöl Şəhər Mərkəzi Xəstəxanası – N.Nərimanov küçəsi) marşrutları üzrə 10 lotda avqustun 8-də baxılacaq.
Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.
İlham Əliyevin Qazaxıstan səfəri başa çatdı - VİDEO
Prezidentin bugünkü Qazaxıstan səfərindən VİDEOÇARX
Nəqliyyat xidmətləri artıq istifadəyə verilib - WUF13 Əməliyyat Şirkəti
Bakı yollarında tıxac belə həll olunacaq - DETALLAR
Paytaxtın 16 küçəsində sıxlıq var - SİYAHI
Bakı-Ələt yolunda körpünün bir hissəsi çökdü; uzun tıxac yarandı - FOTO - VİDEO
Dəmir yollarında üztanıma ilə ödəniş təhlükəsizliyi artıracaq - Ekspert - VİDEO
Prezidentdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
Sosial şəbəkələrin psixologiyaya təsiri: “İnsanlar başqası olmağa çalışır”
Onlayn kreditlər niyə populyarlaşıb? – Ekspertdən AÇIQLAMA
Şəhərin mərkəzində çəkilən qeyri-adi qoşa xətt narazılıq doğurur - VİDEO








