“Azad edilmiş torpaqlarda Fəaliyyət Planının hazırlanmasına başlanılıb”

Azərbaycanda dövlət dəstəyi ilə yaradılan aqrar sığorta mexanizmi rəsmi olaraq fəaliyyətə başlayıb.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, bu gün kənd təsərrüfatı naziri İnam Kərimov ölkəmizdə səfərdə olan Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin və TARSİM kənd təsərrüfatı sığortaları təşkilatının nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycanda aqrar sığorta mexanizminin tətbiqi istiqamətində görülən işlər, Türkiyə təcrübəsinə əsaslanan sığorta mexanizminin formalaşdırılması ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra Azərbaycanda dövlət dəstəyi ilə ilk sığorta müqaviləsinin imzalanmasına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən nazir İnam Kərimov bildirib ki, Ermənistanın hərbi təcavüzü aqrar sahəyə təsirsiz ötüşməyib:
“Bu hücum nəticəsində təmas xəttində yerləşən kəndlərdə xeyli iri və xırdabuynuzlu heyvan tələf edilib, yem ehtiyatları yandırılıb, on minlərlə hektar əkin sahələrində yığım məhdudlaşıb, kənd təsərrüfatı texnikaları məhv edilib. Davam edən hərbi təcavüz yüz mindən çox fermerin həyatına təsir edib. Gələcəkdə işğaldan azad edilmiş torpaqlarda kənd təsərrüfatının inkişaf etdirilməsi nəzərdə tutulur. Artıq bununla bağlı hesablamalara və Fəaliyyət Planının hazırlanmasına başlanılıb”.
Nazir əlavə edib ki, aqrar sahənin davamlı inkişafının təmin edilməsi baxımından vacib məsələlərdən biri də aqrar sığorta mexanizmidir və Azərbaycanda aqrar sığorta sistemi qardaş Türkiyə Respublikasının TARSİM sisteminin təcrübəsi və dəstəyi ilə formalaşdırılıb:
“Aqrar sığorta vasitəsilə fermerlər kənd təsərrüfatı heyvanlarını, əkin sahələrini və bitkiçilik məhsullarını, eləcə də akvakulturanı güzəştli şərtlərlə ən aktual risklərdən sığortalaya biləcəklər. Aqrar sığorta mexanizminin tətbiqi fermerlərə və sahibkarlara dəstək olmaqla yanaşı, kənd təsərrüfatının daha təhlükəsiz biznes sektoruna çevrilməsinə, bu sahəyə yatırımların artmasına səbəb olacaq və ümumilikdə kənd təsərrüfatının inkişafına mühüm töhfə verəcək”.
Tədbirdə çıxış edən TARSİM təşkilatının Himayəçilik Şurasının üzvü, Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik nazirliyinin nümayəndəsi Bekir Engürülü bildirib ki, aqrar sığorta fermerlərin risklərini sığortalamaqla aqrar sahənin maliyyəyə çıxışını asanlaşdıracaq, kənd təsərrüfatının daha dayanıqlı inkişafına şərait yaradacaq.
Qeyd edək ki, aqrar sığorta çərçivəsində sığortalılarla müqavilələrin bağlanması, hadisə ilə bağlı müraciətlərin qəbul edilməsi və hadisələrin tənzimlənməsini “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” ASC həyata keçirəcək.
İşıq dirəkləri olan küçə qaranlığa qərq olub: Sürücülər və piyadalar təhlükədədir - VİDEO
Taksidə kondisionerə görə əlavə pul tələb edilə bilər? – AÇIQLAMA – VİDEO
Azərbaycanın hava məkanı Ermənistanı geridə qoydu – Ekspert rəqəmləri AÇIQLADI
Əliyevlə Paşinyanın görüşündən kadrarxası görüntülər - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
Bişkekdə Azərbaycan və Belarus prezidentlərinin görüşü olub - FOTO
İlham Əliyev və Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edirlər - FOTO - YENİLƏNİB
Bişkekdə Azərbaycan və İran prezidentlərinin görüşü keçirilib
İctimai nəqliyyatda davranış qaydalarını pozmaq cərimə ilə nəticələnə bilər - AÇIQLAMA
Yağışlı havada maşın sürərkən bunlara diqqət edin - EKSPERT
Azərbaycan səfirliyinə qarşı təxribat; Rusiyadakı oyunları kim təşkil edib? - AÇIQLAMA










