Azad Rəhimov: “Avropa Oyunları Azərbaycan tarixində yeni səhifə yazacaq”

“Avropa Oyunları ilk dəfə keçiriləcək bu cür tədbiri özünün davamlı iqtisadi, sosial və siyasi inkişafı hesab edən Azərbaycanın tarixində bu vaxtadək keçirilmiş ən böyük çoxsaylı idman yarışları tədbiri olacaq”. Bunu gənclər və idman naziri Azad Rəhimov Türkiyənin Antalya bölgəsində keçirilmiş “SportAccord” Konvensiyasının növbəti iclasındakı çıxışı zamanı deyib. A.Rəhimov bildirib ki, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları Azərbaycan tarixində yeni səhifə yazacaq. Həmçinin, “Bakı-2015”in Əməliyyat Komitəsinin baş direktoru olan nazir nümayəndə heyətlərinə məlumat verib ki, bu Oyunlar Avropa qitəsini ruhlandıracaq və Avropa xalqlarını bu cür idman bayramında bir araya gətirəcək. O, Oyunlara hazırlıq barədə ətraflı məlumat verərkən, deyib ki, əsas diqqət idmançılara yönəlib, sərmayələr ümumən 19 idman növü üzrə yarışacaq 6000 idmançı üçün nəzərdə tutulan mövcud məkanların bərpasına və dünya səviyyəli 20 idman obyektinin inşasına yönəldilib: “Milli olimpiya komitələrində qitə Oyunlarının Avropa üçün keçirilməsi təsəvvürü mövcuddur və bu Oyunların Bakıya həvalə edilməsi ilə onlar bu möhtəşəm layihəni Azərbaycana etibar ediblər. Avropa Olimpiya Komitəsinin etibarı və bizim ambisiyamız qitənin digər şəhərlərində də keçiriləcək gələcək Oyunların ötürülə bilən və dayanıqlı modelinin yaradılmasından ibarətdir. Eyni zamanda, biz Azərbaycanı müasir Avropa ölkəsi kimi göstərmək imkanını artırmaq niyyətindəyik”.
Nazir həmçinin, Azərbaycan hökumətinin həyata keçirdiyi strateji yanaşmanın tədbirin Azərbaycanda idman, sosial və iqtisadi inkişafını təmin etməsi məqsədi güddüyünü qeyd edib: “İlk Avropa Oyunlarına ev sahibliyi etmək imkanından yararlanmaq Bakı və Azərbaycanı Avropada idman, biznes, turizm və mədəniyyət üçün dinamik məkan baxımından inkişaf etdirmək və eləcə də bilik və bacarıqların yeni bazası olmaq baxımından bizim üçün əhəmiyyətli məsələdir. “Bakı 2015” yalnız yeni dünya səviyyəli idman məkanları ilə təmin etməyəcək, o həmçinin Bakı və Azərbaycanın əhalisi üçün yeni şəhər və icma imkanlarının inkişafı baxımından təkanverici rol oynayacaq”.
Qeyd edək ki, I Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcək.
Qlobal ərzaq bahalaşması Azərbaycana necə təsir edəcək? – İqtisadçı AÇIQLADI
Radarların əsl məqsədi nədir? - Cərimələmək yoxsa sürücülərin təhlükəsizliyi…
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir? - FOTO
Naxçıvan dəmir yolunda 2029-cu ilə qədər hansı işlər görüləcək? – Ekspert AÇIQLADI
Bu yollarda sıxlıq var - SİYAHI - FOTO
Bakıda təmir işləri sürücülərə necə təsir edəcək? – Mütəxəssisdən AÇIQLAMA
Azərbaycan Ukraynaya bu sahədə dəstəyini niyə artırır? – Politoloq AÇIQLADI
Avtobus qəzalarının qarşısını necə almaq olar? – TƏKLİF
Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? - DETALLAR
DİN yeni quraşdırılan radarla bağlı açıqlama yaydı – KAMERA İMİŞ – VİDEO
Bu yollarda tıxac var - SİYAHI










