AZAL-ın rəhbərliyi və kollektivi şəhidlərin əziz xatirəsini yad edib - FOTOLAR
Sentyabrın 27-də Anım Günü ilə əlaqədar "Azərbaycan Hava Yolları" QSC-nin rəhbərliyi və kollektivi inşası davam etdirilən Zəfər parkını ziyarət ediblər.
Avtosfer.az xəbər verir ki, ziyarətçilər xatirə daşının önünə gül dəstələri düzərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına canlarından keçmiş şəhidlərin xatirəsini dərin ehtiramla yad ediblər.
Vətən övladlarının müstəsna fədakarlığı və cəsarəti sayəsində otuzillik işğala cəmi 44 gün ərzində son qoyulub. Qarabağ və Şərqi Zəngəzur, o cümlədən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri düşmən işğalından azad edilib.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən 27 sentyabr Anım Günü kimi qeyd olunur.
Bu gündə bütün Azərbaycan xalqı Azərbaycanın suverenliyi və bütövlüyü uğrunda canlarından keçmiş əsgər və zabitləri dərin ehtiramla anır.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO















