“AZAL” kreditlə təyyarə bileti satır

“2024-cü ilin maraqlı yeniliklərdən biri biletləri faizsiz taksitlə əldə etmək imkanının yaradılması oldu”. Avtosfer.az bildirir ki, bu sözləri “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Samir Rzayev “APA”ya müsahibəsində deyib.
Onun sözlərinə görə, bu təklif sərnişinlərə maliyyə rahatlığı təqdim edərək onlar üçün uçuşları daha da əlçatan edir:
“Aviabiletləri taksitlə almaq imkanı AZAL-ın bütün istiqamətləri üçün keçərlidir. Sərnişinlər TamKart kartı ilə aviabilet alışı zamanı ödənişləri 2 və ya 3 aya bölə bilərlər”.
AZAL prezidenti narazılıq doğuran bilet qiymətləri barədə olan suala aydın cavab verməyib. S.Paşayev deyib ki, 2024-cü ilin ilk dörd ayında 2023-cü ilin eyni dövrü ilə müqayisədə populyar istiqamətlər üzrə AZAL-ın aviabiletlərinin orta qiyməti təxminən 18% azalıb.
Taksit Kart plastik kartlarla hesablaşma zamanı ödənişi bərabər hissələrlə həyata keçirməyə imkan verən sistemin şərti adıdır. Taksit kartlar kredit kartlarının alt qrupuna aid edilir. Bu kartları standart kredit kartlarından fərqli edən əsas xüsusiyyət hissəli alış-veriş imkanının olmasıdır.

Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












