AZAL Mərkəzi Asiya və MDB-nin ən yaxşı aviaşirkəti seçildi - FOTO

Azərbaycanın milli aviadaşıyıcısı AZAL beynəlxalq "Skytrax World Airline Awards 2024” mükafatının "Mərkəzi Asiya və MDB üzrə ən yaxşı regional aviaşirkət” nominasiyasında növbəti dəfə qalib gələrək yüksək statusunu yenidən təsdiqləyib.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, "Skytrax” agentliyinin mükafat mərasimi bu gün, iyunun 24-də Londonda keçirilən təntənəli tədbir çərçivəsində baş tutub.
Bu mühüm nailiyyət "Azərbaycan Hava Yolları” aviaşirkətinin göstərdiyi xidmətlərin yüksək səviyyədə olduğunu təsdiq edir və onu dünya aviasiya bazarının tanınmış liderləri ilə bir sıraya qoyur.
"Bu mükafat sərnişinlərimizə dünya səviyyəli xidmət təklif edən bütün "Azərbaycan Hava Yolları” komandasının əməyinin nəticəsidir. Biz fəxr edirik ki, səylərimizin nəticəsi olaraq belə nüfuzlu mükafata layiq görülmüşük. Bu uğur sərnişinlərin aviaşirkətimizə göstərdiyi etimadın yüksək səviyyədə olduğunu nümayiş etdirir”, – deyə "Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev bildirib.
Onun sözlərinə görə, mükafatın əldə edilməsi AZAL-ın yüksək keyfiyyət və müştəri xidməti standartlarına sadiqliyini təsdiq edir, aviaşirkətin regionda və beynəlxalq miqyasda mövqeyini möhkəmləndirir.
"World Airline Awards” mükafatı aviaşirkətlərin və hava limanlarının xidmətlərinin keyfiyyətinin qlobal qiymətləndiricisi olan Böyük Britaniyanın "Skytrax” konsaltinq agentliyi tərəfindən təqdim edilir. Reytinq dünyanın ən böyük sərnişin məmnuniyyəti sorğusunun nəticələrinə əsasən müəyyən edilir.
Qeyd edək ki, "Azərbaycan Hava Yolları” aviaşirkəti həmçinin "Skytrax”ın "4 Ulduz” reytinqinə malikdir. Bu status aviaşirkətin göydə və yerdə təklif etdiyi xidmətlərin keyfiyyətini qiymətləndirən müstəqil auditin nəticələrinə əsasən formalaşıb.
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA












