Azərbaycan Avropaya hava bağlantılarını genişləndirir: Bakı–Bratislava birbaşa uçuşlarına start verilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasına rəsmi səfəri çərçivəsində Slovakiya prezidenti və baş naziri ilə görüşlərdə əldə olunan razılığa uyğun olaraq, AZCON Holding-ə daxil olan “Azərbaycan Hava Yolları” QSC-nin rəhbərliyi ilə Macarıstanın “Wizz Air” aviaşirkəti arasında Azərbaycan ilə Mərkəzi və Şərqi Avropa ölkələri arasında uçuş marşrutlarının genişləndirilməsi üzrə işçi görüşü keçirilib.
Avtosfer.az xəbər verir ki, görüşdə Bakı – Bratislava (Slovakiya) birbaşa reyslərinin açılması, habelə Buxarest (Rumıniya) və Varşava (Polşa) istiqamətlərinin marşrut şəbəkəsinə əlavə olunması məsələləri müzakirə edilib. Tərəflər, eyni zamanda “Wizz Air” uçuşlarının Azərbaycanın regional hava limanlarında icrası və mümkün bazalanma imkanlarını qiymətləndiriblər. Bu yanaşma regionlarda turizmin inkişafı, işgüzar mobilliyin genişləndirilməsi və beynəlxalq əlaqələrin gücləndirilməsi üçün yeni impuls yaradır.
Yaxın zamanda reyslərin icrasına başlanılması planlaşdırılır. İlk mərhələdə Bratislava, Buxarest və Varşava istiqamətlərində reyslərin icrası nəzərdə tutulur.
“Azərbaycan Hava Yolları” QSC və "Wizz Air" aviaşirkəti yeni marşrutların açılması istiqamətində real irəliləyiş əldə edərək növbəti mərhələləri fəal şəkildə müzakirə etməyə davam edəcək. Məqsəd sərnişinlər üçün daha geniş, rəqabətqabiliyyətli və əlçatan marşrut şəbəkəsi yaratmaqla Azərbaycanın mülki aviasiya sektorunun regional və qlobal mövqelərini daha da möhkəmləndirməkdir.
Prezident Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib - VİDEO
Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur
Şəhərin mərkəzinə maşınla gedənlərin NƏZƏRİNƏ: Bu tarixədək...
Bakının bu küçəsi Formula 1 həftəsində açıq olacaq
Antiterror əməliyyatlarında DİN-in real döyüş KADRLARI - VİDEO
Anar Ələkbərov şəhid anaları ilə görüşüb - FOTO
Azərbaycanın dəmiryol sistemində yenilik; yükdaşımalar 2 dəfə artırılacaq - VİDEO
Metroda gedişhaqqı artırılır? – Ekspertdən AÇIQLAMA
Bu ərazidə tikinti bitənədək piyadalar necə hərəkət etməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Coratda bir neçə çala asfaltla dolduruldu; sakinlər narazıdır - FOTO











