Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının sessiyasında təmsil olunub - FOTO

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi (DDLA) Beynəlxalq Dəniz Təşkilatının (BDT) Londonda keçirilən Hüquq Komitəsinin 113-cü sessiyasında təmsil olunub.
Avtosfer.az nazirliyə istinadən xəbər verir ki, ölkəmiz adından tədbirdə DDLA-nın Hüquq departamentinin Qanunvericilik layihələri şöbəsinin müdiri Nişat Rəhimov iştirak edib.
Sessiyada 2010-cu il tarixli Zəhərli və zərərli maddələrə dair Protokolun qüvvəyə minməsinin asanlaşdırılması və uyğunlaşdırılmış şərhi, BDT-nin alətlərinin tətbiqi ilə bağlı qaydalar müzakirə olunub.
Həmçinin gəmi qeydiyyatının saxtalaşdırılması və saxta gəmi reyestrləri ilə bağlı qeyri-qanuni təcrübələrin qarşısının alınması üzrə tədbirlər, gəmilərin qeydiyyatı ilə bağlı beynəlxalq qaydalar və ən yaxşı təcrübələr nəzərdən keçirilib.
Alternativ yanacaq mənbələrinə dair BDT-nin məsuliyyət və kompensasiya rejimləri, suyun səthi ilə üzən avtonom dəniz gəmilərinin idarə edilməsi, gəmilərə qarşı dəniz quldurluğu, silahlı qarət, dənizdə təhlükələrin qarşısının alınmasına dair məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Sessiyada Qlobal İnteqrasiya edilmiş Gəmiçilik İnformasiya Sisteminə (GISIS) gəmilərin alqı-satqısı ilə bağlı yeni bölmənin daxil ediləcəyi, BDT-nin üzv dövlətlərinə "Gəmilərin alqı-satqısına dair" yeni qüvvəyə minmiş Konvensiyaya qoşulmaq, habelə GISIS sistemi vasitəsilə BDT-yə məlumatların ötürülməsini təmin etmək barədə çağırışlar edilib.
BDT-nin Hüquq Komitəsində təmsil olunan üzv dövlətlərin təmsilçiləri ilə ümumi maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
Suraxanıda moped, skuter və motosiklet sürənlərlə bağlı tədbir keçirildi - VİDEO
Bakı tıxaclardan nə zaman xilas olacaq? - AÇIQLAMA
“Elmlər Akademiyası” metrosunun qarşısında ekspres avtobuslar üçün dayanacaq ərazisi genişləndirildi – FOTO
“Biləcəri qəsəbəsi blokadadadır” - Aparıcı Binəqədidəki təmir işlərini tənqid etdi - VİDEO
Bakıda havanı daha çox avtomobillər çirkləndirir? – AÇIQLAMA
Azərbaycanda yanacaq bahalaşacaq? - AÇIQLAMA
Dar səkilərdə dayanacaq problemi necə həll olunmalıdır? – EKSPERT
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi - FOTO
Taksi sürücüləri bu sərnişinləri götürməkdən imtina edir – VİDEO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO










