"Azərbaycan "Bir kəmər, bir yol" layihəsinin inkişafını ilk dəstəkləyən ölkələrdən biri olub"

Azərbaycan "Bir kəmər, bir yol" layihəsinin inkişafını dəstəkləməyə hazır olduğunu bildirən ilk ölkələrdən biridir və hazırda layihədə fəal iştirak edir.
Avtosfer.az xəbər verir ki, bu barədə Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao bu gün ilin yekununa həsr olunmuş mətbuat konfransında “Report”un sualını cavablandırarkən deyib.
"Ötən ilin oktyabrında Çin Xalq Respublikasının sədri Si Cinpin "Bir kəmər, bir yol" layihəsi çərçivəsində beynəlxalq əməkdaşlıq üzrə 3-cü Yüksək Səviyyəli Forumun açılış mərasimində təşəbbüsün həyata keçirilməsini dəstəkləyən 8 addımı açıqlayıb. Buraya "Çin-Avropa" marşrutu üzrə konteyner qatarlarının inkişafı və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inşasına qoşulmaq daxildir", - D.Tao qeyd edib.
O vurğulayıb ki, Çin tərəfinin irəli sürdüyü təşəbbüslər Azərbaycanın inkişaf strategiyasına əhəmiyyətli dərəcədə uyğun gəlir və ölkə tərəfindən müsbət qarşılanıb.
"Bu il "Bir kəmər, bir yol" və TBNM layihələrinin həyata keçirilməsi, eləcə də Çin-Azərbaycan nəqliyyat və logistika sahəsində əməkdaşlığının inkişafı sürətlənir. Qazaxıstanda iyulun 3-də dövlət başçılarının görüşü çərçivəsində "Çin-Avropa" istiqamətində yükdaşımaları üçün Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı haqqında Hökumətlərarası memorandum imzalanıb. Bu isə Orta Dəhliz ətrafında nəqliyyat və logistika sahəsində əməkdaşlığın gücləndirilməsi üçün mühüm istiqamətləri müəyyən edir", - o vurğulayıb.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










