“Azərbaycan Dəmir Yolları” Silahlı Qüvvələrə Yardım Fonduna ianə edib

Rəşadətli Azərbaycan Ordusunun ərazi bütövlüyümüzün təmin olunması naminə erməni işğalçıları üzərində qazanmaqda olduğu möhtəşəm zəfərlər bütün xalqımızda böyük ruh yüksəkliyi yaratmaqla hamımıza qələbə sevinci bəxş etməkdədir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Ordumuza daim xüsusi diqqət və qayğı göstərilərək onun ən yüksək səviyyədə təchizatı təmin edilir.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin çoxsaylı kollektivi ölkəmizin müdafiəsinin təmini işində səfərbər olmaqla qarşısında qoyulan vəzifələrin məsuliyyətini dərk edir, Ali baş komandanın ətrafında sıx birləşərək cəbhədə strateji tapşırıqların icrasına hər an hazır olduğunu qətiyyətlə bəyan edir.
Qeyd edək ki, Azərbaycan dəmiryolçuları Silahlı Qüvvələrə Yardım Fondunun vəsaitlərinin artırılması təşəbbüsünü vətəndaşlıq borcu hesab edərək əmək haqları hesabına Fonda 743 min manat vəsait köçürmüşlər.
Xatırladaq ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fondu Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılmışdır.
Azərbaycan Dəmiryolçuları Vətən müharibəsində böyük qələbələr əldə edən qəhrəman əsgərlərimizlə qürur duyur.
Qarabağ Azərbaycandır!
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO











