Azərbaycan dəmir yolları üçün yeni qatarlar alına bilər

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC şəhərətrafı dəmir yollarının inkişafı üçün beynəlxalq nəqliyyat şirkətləri ilə əməkdaşlığını davam etdirmək niyyətindədir.
Bu məqsədlə hazırda İsveçrənin "Stadler Rail" şirkəti milli dəmir yolu milli şirkətinə "FLİRT Sm5" markalı birmərtəbəli aşağıdöşəməli elektrik qatarlarını təklif edib.
Avtosfer.az xəbər verir ki, bu barədə "report"a açıqlamasında "Stadler Rail"in Mərkəzi Asiya üzrə marketinq və satış direktoru Dirk Şaybner (Dirk Scheibner) bildirib.
Onun sözlərinə görə, ADY ilə "Flirt Sm5" markalı elektrik qatarlarının alınması ilə bağlı da danışıqlar gedir.
"Bu birmərtəbəli elektrik qatarları əsasən şəhərətrafı və regional əlaqə üçün nəzərdə tutulur. Hazırda bu tip qatarlar Finlandiyada istismar edilir. Azərbaycan tərəfi ilə müzakirə olunur", - deyə D. Şaybner qeyd edib.
Qeyd edək ki, Finlandiya üçün hazırlanan "Flirt Sm5" markalı elektrik qatarları kondisionerli sistemə və komfortu interyerə malikdir. Bu tip qatarlar fiziki imkanları məhdud olan şəxsləri nəzərə almaqla, çoxfunksiyalı qapılarla təhciz edilib. Belə ki, bu şəxslərin qalxıb-düşməsini asanlaşdırmaq üçün dəmir yolu nəqliyyat vasitələrində qapı və platforma arasındakı boşluğu örtən irəli çəkilmiş pilləkənlə təmin edilib.
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












