Azərbaycan dollardan imtina edə bilər? - AÇIQLAMA

Rusiyanın Çindəki səfiri İqor Morqulov BRİKS ölkələrinin dollardan imtina etməsinin mükünlüyündən danışıb. O, vahid valyuta üzərində danışıqlar aparıldığını bildirib.
Sitat: “Biz dolların üstünlük təşkil etdiyi məkanı tərk edirik və həqiqətən müstəqil maliyyə sistemi üçün mexanizm və alətləri inkişaf etdiririk. Onun yaradılması yaxın gələcəkdə mümkün deyil, lakin bu istiqamətdə atılan addımlar göz qabağındadır”.
Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısında BRİKS-ə üzv olmaq arzusunu ifadə edib. Ölkəmizin Şərq Blokuna yaxınlaşması açıq görünür. Bu, deməyə əsas verirmi, Azərbaycan gələcəkdə dollardan imtina edə bilər?
Avtosfer.az xəbər verir ki, mövzunu Globalinfo.az-a şərh edən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyevin sözlərinə görə, dollardan imtina məsələsi beynəlxalq qlobal maliyyə böhranından sonra aktuallaşıb. O deyib ki, bu məsələ aktuallaşsa da, reallaşdırılmayıb:
“Bunun səbəbi ondan ibarətdir ki, həmin ölkələr dollara alternativ olaraq onu əvəz edən və ya öz valyutaları ilə ticarət məsələsində müəyyən diskussiyalar aparırlar. BRİKS ölkələri arasında da dollarla mübadilə məsələsi hələ ki, dövlətlərin alış-satışında həyata keçirmə ilə olur. Çünki adi şirkətlər arasında beynəlxalq ticarətdə yenə də dollardan istifadə edilir”.
İqtisadçının fikrincə, Azərbaycanın hazırda dollardan imtina etməsi gözlənilmir:
“Azərbaycanın ikitərəfli münasibətləri, Türkiyə, Rusiya ilə əlaqələri var və bəzi hallarda ikitərəfli müqavilələrdə bu məsələlər nəzərə alınır. Bəzən də həyata keçirilir. Sadəcə, bunu geniş bir şəkildə etmək olmur. Bir sözlə, dollardan tamamilə imtina məsələsi hələ gündəmdə deyil. Çünki onun maliyyə və iqtisadi əsaslandırılması olmalıdır”.
Daşkənddə İlham Əliyevin dövlət səfəri ilə bağlı qarşılanma bannerləri yerləşdirilib - VİDEO
Daşkənd hava limanında Prezident İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri aparılır - VİDEO - YENİLƏNİB
İlham Əliyevin səfəri öncəsi Daşkənd səmasında dron şousu - VİDEO
Bakıda maşın sürmək lüksə çevriləcək? – “Tıxac vergisi” ilə bağlı AÇIQLAMA
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ










