Azərbaycan Ermənistana benzini neçəyə satıb?

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan İrəvanın Azərbaycandan benzini hansı qiymətə alması barədə jurnalistlərin suallarını cavablandırıb.
Avtosfer.az "Teleqraf"a istinadən xəbər verir ki, o, suala konkret cavab verməyib və bunun bazar qiymətlərindən asılı olduğunu söyləyib.
“Hazırda demək çətindir, ilk tədarük zamanı xərclər standart olmur, görünür, sonrakı mərhələlərdə də standart olmayacaq. Müəyyən qədər sabit və görünən bazar konyunkturası formalaşandan sonra dəqiq demək mümkün olacaq. İlk idxaldan sonra bəzi şirkətlər daha aşağı, bəziləri isə daha yüksək qiymətlə sata bilər, amma iştirakçıların davranışında düzəlişlər edən sonrakı dəyişikliklərdir. Özəl sektorda qiymət rəqabət əsasında formalaşır. Bizim vəzifəmiz bazarda mümkün qədər çox iştirakçı və müxtəlif mənbələr təmin etməkdir. Bu, rəqabətin artması və nəticədə qiymətlərin maksimum dərəcədə aşağı düşməsinə gətirib çıxaracaq”, - nazir qeyd edib.
Gevorq Papoyan konkret olaraq hansı özəl şirkətin Azərbaycandan benzin partiyası aldığını açıqlamayıb:
“Zəhmət olmasa sorğu göndərin, cavab verə bilsək, verərik”.
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?
Britaniya ilə əməkdaşlıqda yeni hədəflər: Azərbaycan Avrasiyanın tranzit mərkəzinə çevrilir? – ŞƏRH












