Azərbaycan Ermənistanı sülh sazişi bağlamaq imkanını əldən verməməyə çağırıb - FOTO

Azərbaycan Ermənistanı sülh sazişinin imzalanması prosesini sürətləndirməyə çağırıb və qeyd edib ki, bu imkan sonsuz mövcud olmayacaq.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Argentinanın paytaxtı Buenos-Ayresdə səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov söyləyib.
“Ermənistanı razılaşmaya getməyə sövq edən amillərdən biri bu şansın yox ola biləcəyini dərk etməsidir. Bunu əldən vermək səhv olardı”, – Əmirbəyov bildirib.
Onun sözlərinə görə, bu ay başa çatan danışıqlar münasibətlərin normallaşması və diplomatik əlaqələrin qurulması üçün yol açır. Lakin bunun üçün, Ermənistan öz konstitusiyasını dəyişdirməli, ərazi iddialarından imtina etməli və xarici qüvvələri sərhədyanı bölgələrdən çıxarmalıdır.
“Bu razılaşma son deyil, başlanğıcdır. Sülh yalnız bəyanatlarla deyil, konkret addımlarla qurulur”, – Azərbaycan rəsmisi vurğulayıb.
“Perfil” xatırladıb ki, 2023-cü ildə Azərbaycan Qarabağ regionu üzərində tam nəzarəti geri qaytarıb, bu da sülh prosesinin başlanmasına gətirib çıxarıb. Lakin əldə edilmiş razılaşmalara baxmayaraq, ölkələr arasında gərginlik qalmaqdadır.
Argentina daxili işlər naziri Gilyermo Frankosla görüşü zamanı Elçin Əmirbəyov qeyd edib ki, münaqişəyə yalnız bir nöqteyi-nəzərdən baxmaq olmaz. Onun sözlərinə görə, xüsusilə Argentinanın Malvin adaları mübahisəsi kontekstində müdafiə etdiyi ərazi bütövlüyü prinsipi işığında Azərbaycanın mövqeyini nəzərə almaq vacibdir.
“Biz istəyirik ki, Argentina cəmiyyəti münaqişə haqqında yalnız birtərəfli təsəvvürlə deyil, həm də Azərbaycan nöqteyi-nəzərini eşitsin”, – o bildirib.
“Perfil”in qeyd etdiyi kimi, Azərbaycan öz mövqeyini beynəlxalq ictimaiyyətə çatdırmağa çalışır, xüsusilə də Avropanın enerji sektorunda rolu və regionda dəyişən geosiyasi balans nəzərə alınmaqla.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











