Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası ərazi bütövlüyümüzü dəstəklədi

Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tam dəstəkləyir.
Bu barədə qurumun yaydığı bəyanatda bildirilir.
"Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Ermənistanın Azərbaycana qarşı bütün hərbi hücumlarını, eləcə də münaqişə zonasından kənarda mülki şəxsləri və infrastruktur obyektlərini hədəfə almasını qınayır. Palata Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olmağa və Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin Azərbaycannın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən 822, 853, 874 və 884 saylı qətnamələrinin yerinə yetirilməsinə çağırır.
Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Azərbaycanda davam edən hərbi əməliyyatlarda şəhid olan mülki və hərbi qulluqçuların ailələrinə başsağlığı verir, yaralıların tez sağalmasını diləyir", - deyə qurum bəyan edib.
Xatırladaq ki, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası Azərbaycanda qeydiyyatdan keçmiş və 60-dan çox beynəlxalq və yerli üzv şirkətin maraqlarını təmsil edən müstəqil qeyri-hökumət təşkilatıdır. Palata heç bir ictimai və ya beynəlxalq təşkilatı təmsil etmir, həmin təşkilatların bir hissəsi deyil.
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO












