Azərbaycan-Gürcüstan dəmir yolu dəhlizinin rəqəmsallaşdırılması qismən başa çatıb

Rusiyanın "Natsproektstroy" şirkəti Azərbaycan və Gürcüstan arasındakı beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Bakı-Böyük Kəsik xəttində qatarların hərəkətinin idarə edilməsinin rəqəmsallaşdırılmasını başa çatdırıb. Avtosfer.az bu barədə "Report" istinadən xəbər verir.
Məlumata əsasən, Azərbaycanda 1 520 Siqnal ("Natsproektstroy"a daxildir) mütəxəssisləri Ucar-Hacıqabul dəmir yolu sahəsini müasir avtomatlaşdırma ilə təchiz ediblər: "Bununla da Azərbaycan və Gürcüstan arasındakı beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Bakı-Böyük Kəsik xəttində qatarların hərəkətinin idarə edilməsinin rəqəmsallaşdırılması başa çatıb".
Bu, Bakı-Böyük Kəsik xəttində sərnişin qatarlarının hərəkət sürətini saatda 100 kilometrdən 140 kilometrə qədər artırmağa imkan verəcək. Yük qatarları üçün bu göstərici saatda 80 kilometrdən 120 kilometrə qədər artacaq. Qatarlar arasındakı interval perspektivdə 20 dəqiqədən 8 dəqiqəyə qədər azalacaq. İşlər Ucar-Hacıqabul sahəsində aparılıb, burada köhnəlmiş rele sistemləri əvəzinə müasir rəqəmsal avtomatika tətbiq edilib. İndi stansiya dispetçerləri məsafədən, kompüter vasitəsilə yol dəyişdiricilərini və işıqforları idarə edə, marşrutları təyin edə, cihazların parametrlərini nəzarətdə saxlaya və avadanlıqların nasazlıq əlamətlərini vaxtında aşkar edə biləcəklər. Yeni sistem altı stansiyanın, 19 keçidin və 120-dən çox yol dəyişdiricisinin işini idarə edəcək. Layihə "Rail Trans Service" şirkəti ilə tərəfdaşlıqda həyata keçirilib, sifarişçi isə "Azərbaycan Dəmir Yolları" QSC-dir.
Xatırladaq ki, Bakı-Böyük Kəsik istiqamətində 600 km dəmir yolunun əsaslı təmirini nəzərdə tutan layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb. Hesablamalara görə daşımalar ildə 5 milyon ton olduqda, Bakı-Böyük Kəsik yol mənzilində tələb olunan lokomotivlərin orta sayı 70 ədəd olmalı və əlavə 50 yeni lokomotiv alınmalıdır. Həmin yol mənzilində tələb olunan yük vaqonlarının orta sayı 1 500 ədəd olmalı, əlavə olaraq 30 ədəd şərnişin vaqonu alınmalıdır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Trans-Avropa və Trans-Asiya dəmir yolu şəbəkələrinin birləşməsində çatışmayan bağlantı olaraq 102,3 km-i əhatə edir. Bu xəttin 26,3 km-i Gürcüstanın, 76 km-i Türkiyə ərazisinin payına düşür. Layihənin maliyyə tutumu 1,1 milyard ABŞ dollardan artıqdır. Onun 775 milyon dolları Azərbaycan tərəfinin sərmayələri ilə Gürcüstanın, 345 milyon dolları isə Türkiyənin payına düşür.
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO
Rusiya Hindistana dəmir yolu çəkmək niyyətindədir - POLİTOLOQ
Bakıda gözlənilən məsələ: ekspress avtobuslar pulsuz olacaq? – AÇIQLAMA
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO










