Azərbaycan, Gürcüstan və Qazaxıstan dəmir yollarının birgə müəssisəsi yaradılıb

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin, "Qazaxıstan Dəmir Yolları Milli Şirkəti" Səhmdar Cəmiyyətinin və "Gürcüstan Dəmir Yolları" Səhmdar Cəmiyyətinin birgə yaratdığı "Middle Corridor Multimodal Ltd." şirkəti artıq fəaliyyətə başlamaq üzrədir.
Avtosfer.az Redaktor.az-a istinadən xəbər verir ki, bunu ADY-nin Kommersiya departamentinin müdiri Məmməd Həmidov "Translogistica Caspian" sərgisi çərçivəsində keçirilən "Orta Dəhliz: perspektivlər və çağırışlar" adlı panel müzakirələrində bildirib.
Onun sözlərinə görə, müəssisənin fəaliyyəti nəticəsində 2025-ci ilin əvvəlinə yük axınının yaranacağı gözlənilir:
"Orta Dəhlizdə multimodal xidmətin inkişafı üçün üç ölkənin dəmiryolçuları səylərini birləşdiriblər. Bu fəaliyyət "bir pəncərə" prinsipi ilə xidmətlərin göstərilməsinə şərait yaradacaq. Həmçinin yüklərin çatdırılma müddətinə zəmanət veriləcək".
Xatırladaq ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə qədər uzanan beynəlxalq nəqliyyat dəhlizidir.
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI












