Azərbaycan hökuməti və BMT humanitar yardım təşəbbüsünü müzakirə edib

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ölkə üzrə İdarə Heyətinin Azərbaycana bir sıra sahələrdə humanitar yardım göstərilməsi ilə bağlı təşəbbüsünün müzakirə edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının və hökumət nümayəndələrinin, həmçinin BMT-nin Azərbaycandakı agentliklərinin rəhbərlərinin iştirakı ilə videoformatda görüş keçirilib.
Nazirlər Kabinetindən Avtosfer.az-a verilən məlumata görə, görüşdə Nazirlər Kabinetinin Aparatı tərəfindən Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təxribatı barədə məlumat verilib. Qeyd edilib ki, sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində xeyli sayda mülki şəxslər həlak olub və yaralanıb, yaşayış binaları, mülki və digər obyektlər dağıdılıb. Ermənistanın 30 ilə yaxındır ki, dünya ictimaiyyətinin sülh çağırışlarına, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə məhəl qoymadığı bildirilib.
Azərbaycan Ordusunun təcavüzün qarşısını almaq, mülki əhalini qorumaq və Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək üçün əks-hücum tədbirləri görməyə məcbur qalması diqqətə çatdırılıb. Xüsusi olaraq vurğulanıb ki, əməliyyatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində aparılır və Azərbaycan öz ərazilərində özünü müdafiə edir.
BMT-nin Ölkə üzrə İdarə Heyətinin Azərbaycana bir sıra sahələrdə humanitar yardım göstərilməsi ilə bağlı təşəbbüsünə dair müzakirələrin vacibliyi qeyd edilib.
BMT-nin Ölkə üzrə İdarə Heyətindən bildiriblər ki, məlum hadisələrlə əlaqədar Azərbaycanda zərər görmüş insanların ehtiyaclarının qiymətləndirilməsi, Hökumətin onlara yardım göstərmək istiqamətində səylərinin dəstəklənməsi məqsədilə müvafiq humanitar yardım göstərməyə hazırdırlar.
Vurğulanıb ki, bu yardım ərzaq təhlükəsizliyi, səhiyyə, təhsil, təhlükəsizlik, minalardan təmizləmə, həmçinin psixo-sosial dəstək sahələrini əhatə edə bilər.
Ermənilərin Qafqaz Albaniyası ilə heç bir əlaqəsi olmayıb – TARİXÇİ - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI












