Azərbaycan Ordusu 21-ci əsrin müharibə nümunəsini göstərdi - İqor Korotçenko

Azərbaycan Ordusu işğal olunmuş ərazilərin azad edilməsi üzrə anti-terror əməliyyatları zamanı 21-ci əsrdə müharibə aparılmasının nümunəsini göstərir.
Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu rusiyalı hərbi ekspert, “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko deyib.
O bildirib ki, döyüş əməliyyatları zamanı müasir silahların, PUA-ların, yüksək dəqiqlikli texnologiyaların istifadəsi aparıcı ölkələrinin baş qərargahları tərəfindən öyrənilir:
“Dünyada belə bir nümunə olmayıb ki, bir ordu digəri ilə döyüşərkən bu qədər yüksək dəqiqlikli silahlardan istifadə etsin. Zərbə PUA-larının istifadəsinin miqyasina və intensivliyinə görə bu, dünyada ilk belə haldır. Nə ABŞ, nə Rusiya, nə İsrail, nə də digər ölkələr bu miqyasdda PUA-lardan istifadə etməyib. Bu cür münaqişələrdə PUA-lar öz üstünlüyünü təsdiq edib. Buna, həmçinin Azərbaycan Ordusunun düşmənin qüvvələrini və hava hücumundan müdafiə sistemlərini məhv etməsi, zirehli texnikanın, yüksək səviyyəli qoruması olan hədəflərin və canlı qüvvənin məhv edilməsində PUA-ların kütləvi istifadəsi üzrə taktikasını əlavə etmək lazımdır”.
Ekspert əlavə edib ki, yüksək dəqiqlikli silahların istifadəsi mülki əhali arasında itkiləri azaldır:
“Bu baxımdan, Azərbaycan həm hərbi uğur əldə etdi, həm də Dağlıq Qarabağda yaşayan mülki əhalinin həyatını mühafizə etdi. Fikrimcə, döyüş əməliyyatlarının aparılması sahəsində dəyişikliklər olacaq. Şübhəsiz ki, Azərbaycan ordusunun təcrübəsi ətraflı şəkildə öyrəniləcək”.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











