"Azərbaycan ordusu kilsə və digər mülki təyinatlı obyektləri hədəfə almır" - Hikmət Hacıyev

Ermənistan tərəfindən guya Azərbaycanın tarixi şəhəri olan Şuşada kilsəyə raket ilə zərbə endirilməsi barədə xəbərlər yayılıb. Biz, bu xüsusda dünya xristianlarının həssas hissələrinə böyük hörmətlə yanaşırıq.
Trend-in məlumatına görə, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
Amma təəssüflə qeyd etməliyik ki, Ermənistan tərəfindən bu mövzuda manipulyasiya və dezinformasiya aparılır. Ermənistan tərəfindən kilsənin raketlə vurulması ilə əlaqədar təqdim olunan materiallar ziddiyyətlidir və aydın şəkildə yalanlar ortaya çıxır.
Birincisi, Azərbaycan ordusu tərəfindən kilsə və digər mülki təyinatlı obyektlər hədəfə alınmır. Həmin dövrdə Azərbaycan silahlı qüvvələri tərəfindən o istiqamətdə hər hansı atəş həyata keçirilməyib.
İkincisi, əgər raket zərbəsi olsaydı, kilsənin içərisindəki ikonalara ciddi zərər dəyərdi. Amma şəkillərdən görünür ki, ikonalara zərər yetirilməmişdir.
Üçüncüsü, Ermənistan ilk dəfə bu zərbənin guya F-16 təyyarəsindən endirildiyini, avia bomba olduğunu, sonra isə raket zərbəsi olduğunu iddia etməyə başladı. Azərbaycan silahlı qüvvələrinin inventarında F-16 təyyarəsi yoxdur.
Göründüyü kimi, Ermənistan tərəfi hər dəfə yalanlar ifşa olunanda, yeni uydurmalara əl atmağa başlayır.
Bu hal Ermənistanın növbəti təxribatı, Azərbaycana qarşı informasiya hücumu cəhdidir. Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzünə dini don geyindirilməsi qəbuledilməzdir.
Bununla Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına məxsus maddi-mədəni irsi məhv etmək, məscidləri və dini abidələri dağıtmaq siyasətini ört-basdir etmək istəyir. Bu günlərdə Ermənistan tərəfindən Beyləqan şəhərində məscidə, Gəncə şəhərində İmamzadə kompleksinə raket atılmışdır.
Azərbaycan Respublikası dünyanın bir çox yerlərində, o cümlədən Vatikanda xristian dini abidələrinin bərpası layihələrini həyata keçirmişdir.
Bütün dünya xristinalarına bir daha öz hörmət və rəğbətimizi ifadə edirik.
Torpaqlarımız işğaldan azad olunduqdan sonra həmin ərazilərdəki bütün mədəni və dibi abidələr təyinatına uyğun olaraq bərpa olunacaqdır.
Bu avtomobillər İçərişəhərə buraxılmayacaq - DİQQƏT!
Prezident ailəsinin Qəbələdən səmimi FOTOsu
Bakının bəzi yollarında məhdudiyyət olacaq - Sürücülərin nəzərinə
Paytaxtın 17 küçəsində sıxlıq müşahidə olunur - SİYAHI
Bakı metrosunda narahatedici PROBLEM - Stansiyaya su sızır? - AÇIQLAMA - FOTOLAR
Küləkli hava şəraiti ilə bağlı gəmilərə XƏBƏRDARLIQ - Dalğanın hündürlüyü 4.5 metrə ...
Küləkli hava nə vaxtadək davam edəcək?
Qoyunları “zebra”nın önünə bağlayıb kəsilən inəklərin başını səkiyə düzüblər - FOTO
Bu küçədə hərəkət birtərəfli olacaq - Maşınlar bir-birinə maneə yaradır
Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq - Azərbaycan Prezidenti
Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!










